Qurban Qurbanovdan “Kopenhagen” qarşılaşmasına ilkin reaksiya: “Rəqibimizin gücü bəllidir, vaxtımız azdır"

img

04-08-2017 [15:13]


"Beş potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik və bu baxımdan "Kopenhagen” də istisna deyildi”. 

Bunu "Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının (ÇL) pley-off mərhələsi üzrə püşkatmanın nəticələrini dəyərləndirərkən deyib.

Qırx beş yaşlı mütəxəssis ÇL-in qrupuna düşmək uğrunda qarşılaşacaqları Danimarka çempionu "Kopenhagen”i incələyəcəklərini söyləyib: "Rəqibimizin gücü bəllidir, vaxtımız azdır. İstənilən halda şansımız var və bundan istifadə etməyə çalışacağıq. Rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə həmin ayın 22-23-də keçiriləcək. İlk oyun Bakıda baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA