02-08-2017 [15:43]
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Topaz Premyer Liqasının 2017/18 mövsümünün püşkatmasından sonra mətbuat konfransı keçirib.
"Qafqazinfo" xəbər verir ki, konfransda Musayev jurnalistlərin suallarını cavablandırıb.
- Yeni mövsümdən etibarən əvəzedici heyətlərin oyunu əsas komandaların matçından 1 gün sonra olacaq...
- Düz qeyd etdiniz. Baş məşqçilərin fikrini nəzərə alıb, oyunların vaxtını dəyişdik. Amma düşünürəm ki, bu, yanlış fikirdi. Çünki əvəzedicilərin oyunu 1 gün əvvəl olanda əsas komandanın baş məşqçisi də gedib, onların matçına baxa bilirdi.
- Ötən mövsüm yığmanın oyunları ilə bağlı çempionatda bir neçə dəfə fasilə oldu. Bu problem bu mövsüm də mövcud olacaq?
- Çempionat milliyə futbolçu yetişdirmək üçün keçirilir. Millinin baş məşqçisi necə istəyirsə, biz də ona uyğun qərar verməliyik. Çalışacağıq ki, daha çox fasilə olmasın.
- I divizionda neçə komanda iştirak edəcək?
- Bu barədə açıqlama vermək çətindir. Hazırda 12 namizəd var. Amma belə qərara gəldik ki, bankdan təminat məktubu almalıyıq. Əgər bu məktub olmayacaqsa, heç bir klubu çempionata buraxmayacağıq. Çünki çempionatın gedişinda problemlar yaşanır.
- Hakimlər təlim-məşq toplanışını ölkə xaricində keçirməyəcəklər. Bu barədə nə deyə bilərsiniz?
- Mətbuatda yazılır ki, hakimlər maddi durumla bağlı ölkə xaricinə getməyiblər. Amma bu doğru məlumat deyil. Əgər hakimlərimiz ölkə xaricində hazırlıq keçməyəcəklərsə, hazırlıq nəyə lazımdı? Bizə məktub gəlmişdi və gördük ki, hakimlərimiz 8 oyun idarə edəcəklər. Biz də buna görə hakimlərimizi xaricə göndərməməyə qərar verdik.
- "Şərurspor”un prezidenti Sərdar Bağırov açıqlamasında bildirdi ki, futbola pul yatırmaq istəyirik. Amma bizə imkan vermirlər. Sizcə, kim icazə vermir?
- Vallah, mətbuat konfransı zalında xanımlar olmasaydı, yaxşı söz deyərdim. O şəxsin nyə görə şikayət etdiyini bilmirəm. "Şərurspor” və "Rəvan” UEFA-nın qərarı ilə çempionatdan uzaqlaşdırılıb. Əgər onlar göndərilməsəydi, Azərbaycan futbolu məhv olacaqdı.
- "Xəzər Lənkəran”ın rəhbərliyi bildirib ki, AFFA rəhbərliyi dəyişməyənə qədər cənub klubu ölkə çempionatında oynamayacaq. Bu haqda nə deyə bilərsiniz?
- Əgər onlar bu günkü AFFA rəhbərliyindən narazılıq edirlərsə, buna siz jurnalistlər cavab verməlisiniz. Tuyqun Nadirov deyib bu sözü? Ümumiyyətlə, Tuyqun Nadirovun Rövnəq Abdullayev barəsində danışmağa haqqı yoxdur. İndi kimin necə işlədiyi hər kəsə bəllidir. Əgər bir insan danışırsa, öncə öz işinə baxmalıdır. "Xəzər Lənkəran”ın rəhbəri Mübariz Mənsimov idi və o, çempionatdan imtina etmək qərarına gəldi.
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"