"Şükürlər olsun, hər şey istədiyimiz kimi oldu" - Qurban Qurbanov

img

02-08-2017 [11:30]


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif" üzərində səfər qələbəsi qazanan (2:1) "Qarabağ" vətənə qayıdıb

Azərbaycan futbolunda yeni tarix yazan Ağdam təmsilçisinin təyyarəsi saat 05:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. 

Pley-off mərhələsinə vəsiqə əldə edən Azərbaycan çempionunu hava limanında azarkeşlər coşğu ilə qarşılayıblar. APA TV-yə açıqlama verən baş məşqçi Qurban Qurbanov çətin oyun keçirdiklərini bildirib: "Komandada bir az gərginlik var idi. Ancaq şükürlər olsun, hər şey istədiyimiz kimi oldu".

Qurbanov pley-off mərhələsi ilə bağlı proqnoz verməkdən yayınıb: "Rəqibin kimliyi ilə bağlı hələ ki, düşünmürük. Düşünəcək bir şey də yoxdu. Gözləyəcəyik, görək hansı komanda ilə qarşılaşacağıq".

Qeyd edək ki, "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi avqustun 2-də bilinəcək.

Apasport.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA