01-08-2017 [13:55]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Mia.az xəbər verir ki, avqustun 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin məsul əməkdaşlarının iştirak etdiyi qəbulda 20-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən, yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarix və mədəniyyət abidələrinin təmiri və bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.
Şəkidən qəbula yazılan vətəndaşlar tərəfindən şəhər 2 nömrəli uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi, Şəki şəhərində fəaliyyət göstərən muzeylərin beynəlxalq turizm marşrutlarına daxil edilməsi, kitabxana fondlarının tədris vəsaitləri və elmi ədəbiyyatla komplektləşdirilməsinə kömək göstərilməsi xahiş edilib.
Balakən sakinlərinin müraciətləri rayon ərazisində yerləşən "Pəri qalası”nın təmir-bərpa olunması, otellərin mədəniyyət müəssisələri ilə əməkdaşlığının gücləndirilməsi, kitabxana fondlarının turizm və uşaq ədəbiyyatı ilə təmin edilməsinə kömək göstərilməsi, rayon tarix-diyarşünaslıq muzeyində tərtibat işlərinin aparılması və işlə təminat barədə olub.
Qax rayonundan qəbula gələnlər 2011-ci ildə rayonda daxili imkanlar hesabına yaradılan "İçəribazar” Turizm və Mədəniyyət Mərkəzinin fəaliyyətinin səmərəli təşkili üçün ştat vahidlərinin ayrılması, Qaxbaş kəndinin ərazisində "Modern kitabxana” layihəsinin icrasına başlanması ilə bağlı xahişlərini çatdırıblar.
Zaqatala sakinləri tərəfindən şimal-qərb bölgəsi rayonları üzrə rəqs müsabiqəsinin təşkili, rayonda "Fındıq festivalı”nın keçirilməsi, kitabxana fondlarının rus dilində uşaq ədəbiyyatı və bədii ədəbiyyatla komplektləşdirilməsinə kömək göstərilməsi barədə müraciətlər səslənib.
Oğuz rayonundan qəbula gələnlərin müraciətləri 1986-cı ildən fəaliyyət göstərən "Oğuz” ailə ansamblına "Xalq kollektivi” adının verilməsi, uşaq musiqi məktəbinin fortepiano aləti ilə təmin olunması, müalicəvi ot və bitkilərin təbliği məqsədi ilə "Şəfa” bayramının keçirilməsi, Calud kəndi ərazisindəki qədim məbədin təmiri və abidənin turizm marşrutuna daxil edilməsi və digər məsələlərlə bağlı olub.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlətimizin başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, ötən görüşlərdə olduğu kimi, bu dəfə də vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülüb. Belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımından vacibdir.
Şimal-qərb bölgəsinin ölkənin turizm mərkəzlərindən birinə çevrildiyini, bölgəyə turist axınının sürətlə artığını vurğulayan nazir Əbülfəs Qarayev belə bir şəraitdə turistlərə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsinin mədəniyyət müəssisələrinin qarşısında duran ən vacib məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, nazirliyin regional idarələri xüsusilə yay aylarında yerlərdə, turizm məkanlarında, açıq havada təşkil etdikləri konsert və sərgilərin sayını artırmalıdır. Mədəniyyət müəssisələri ölkəmizin, eləcə də bu bölgənin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir.
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır