Neymar PSJ-yə keçsə, əlavə 300 milyon qazanacaq - Müqavilə

img

30-07-2017 [16:09]


"Barselona”nın hücumçusu Neymar PSJ-yə keçəcəyi halda Paris klubunun sahibi olan "Qatar Sports Investments” şirkəti ilə müqavilə bağlayacaq.

Qol.az-ın məlumatına görə, müqaviləyə əsasən, Neymar 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının səfiri olacaq. O, müqavilənin bağlandığı müddətdən dünya çempionatının yekunlaşacağı günə qədər olan 5 il ərzində ümumən 300 milyon avro (ilinə 60 milyon avro) qazanacaq.

İddia olunur ki, Neymar bu gün Çinə, oradan isə Qətərə yola düşəcək. Qəzet iddia edib ki, braziliyalı futbolçu bundan sonra Kataloniya klubunun düşərgəsinə qayıtmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA