Avropa Liqası: "Qəbələ" “Panatinaikos”la qarşılaşmadan məğlub ayrıldı

img

28-07-2017 [00:20]


Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsi çərçivəsində  "Qəbələ” səfərdə Yunanıstanın "Panatinaikos” klubu ilə qarşılaşıb.

Mia.az xəbər verir ki,  oyunda hesabı Yunanıstan komandası açıb. Qilyerme Molins 37-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib - 1:0.

Bu qoldan sonra oyunda başqa qol olmayıb. Beləliklə, "Qəbələ" növbəti mərhələyə çıxmaq üçün mütləq Azərbaycanda keçirilən  cavab qarşılaşmasında qələbə qazanmalıdır. 

Xatırladaq ki, "Qəbələ” 2015/2016  mövsümündə Avroliqanın pley-off mərhələsində də bu komandaya rəqib olmuşdu. Bakıda keçirilən ilk oyunda qolsuz heç-heçə edən təmsilçimiz Afinadakı görüşdə Dodonun qolları sayəsində 2:2 hesablı nəticə ilə qrup mərhələsinə vəsiqə qazanmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA