Rövnəq Abdullayev fövqəladə iclas keçirdi; Bu qərarlar verildi - Siyahı

img

14-11-2016 [16:50]


AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

Mia.az xəbər verir ki, Belfastda baş tutan iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər.

Aparılmış müzakirələrən sonra aşağıdakı qərarlar qəbul edilib:
1. Nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunsun.
2. AFFA-nın növbəti Konfransı 2017-ci il mart ayının birinci yarısında keçirilsin. Konfransın dəqiq tarixinin müəyyənləşdirilməsi baş katibliyə həvalə olunsun.
3. AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülsün.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA