"Bizim üçün çox vacib oyun idi" - Qurban Qurbanovdan möhtəşəm qələbə açıqlaması

img

04-11-2016 [09:53]


"Hamını təbrik edirəm. Bizim üçün çox vacib oyun idi. Çünki xallarımız eyni olsa da rəqib bizdən öndə idi. Bununla belə, heç-heçə də bizə sərf edərdi”.

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin IV turunda PAOK-a qalib gəldikləri oyundan (1:0) sonra "İdman TV”yə açıqlamasında deyib.

O, qələbəni belə şərh edib: "Futbolçularım düzgün oynamağı bacardılar. Əvəzetmələr normal oldu. Bu, bəzən alınır, bəzən yox. Biz sadəcə oyunçuları dəyişdik. Sistemi qorumağı bacardıq. Hər qələbədən sonra məsuliyyət daha da artır, rəqiblər daha ciddi hazırlaşır. Ağır səfər matçımız var. "Slovan" bizim üçün çətin rəqibdir. Amma vaxtımız var. Rəqibi düzgün  analiz etməliyik. Əlimizdə kiçik bir şans varsa, bundan yararlanmağa çalışacağıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA