Çempionlar Liqası: “Beşiktaş” “Napoli” ilə sülhə razılaşdı

img

02-11-2016 [00:00]


Bu gün Çempionlar Liqasının qrup mərhələsində Türkiyənin "Beşiktaş” klubu öz meydanında "Napoli”ni qəbul edib.

Mia.az xəbər verir ki, oyunun 79-cu dəqiqəsində Kuarejmanın yerinə yetirdiyi penalti ilə önə çıxan türk komandası cəmi 3 dəqiqə sonra qapısından top buraxıb.

Hamşik hesaba tarazlıq gətirib. Beləliklə, hesab 1-1 başa çatıb. 

Bu oyunla qrupda məğlubiyyətsizlik seriyasını sürdürən "Beşiktaş" 6 xalla ikinci pillədə qərarlaşıb. Türk komandasını 4 xalla izləyən "Benfika" əgər bu gün 1 xalla qrupun sonuncusu olan Kiyevin "Dinamo" komandasına qalıb gələrsə, o zaman 7 xalla ikinci pilləyə sahiblənə bilər. Qrupun lideri isə 7 xalla "Napoli"dir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA