Cahangir Hacıyevin kadrı “İnter”dən istefa verdi

img

27-10-2016 [19:23]


Bakının "İnter” klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib. Klub prezidenti Rəşad Qasımov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Mia.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.Prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub. R.Qasımov ötən ilin dekbar ayında "İnter”in prezidenti vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki,"Beynəlxalq Bank"ın rəsmi sponsorluq etdiyi "İnter" klubunun prezidenti Rəşad Qasımov mətbuatda Cahangir Hacıyevin kadrı kimi tanınıb. "Beynəlxalq Bank"ın həbsdə olan rəhbərinin bir çox cinayət əməlində onun da adı hallanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA