Çempionlar Liqası: Bu gecənin "savaşçı"ları hansı komandalar olacaq?

img

19-10-2016 [14:03]


Oktyabrın 19-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turuna yekun vurulacaq.

3-cü turun sonuncu günündə "A”, "B”, "C” və "D” qruplarında yer alan komandalar qarşılaşacaqlar.

"A” qrupunda İngiltərənin "Arsenal” komandası Bolqarıstanın "Ludoqorest” kollektivini qəbul edəcək. Fransanın "PSJ” klubu isə İsveçrənin "Bazel” komandası ilə üz-üzə gələcək.

"B” qrupunda İstanbulun "Beşiktaş” komandası İtaliyanın "Napoli” klubunun qonağı olacaq. Qrupun digər oyununda "Dinamo Kiyev” Portuqaliyanın "Benfika” komandasını qəbul edəcək.

"C” qrupunda "Seltik” "Şotlandiya” komandası Almaniyanın "Borussiya Münxenqladbax”, "Barselona” klubu isə "Mançester Siti” kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.

"D” qrupunda isə "Rostov” (Rusiya) – "Atletiko Madrid” və "Bavariya” – "PSV Eyndhoven” oyunları keçiriləcək.

Oyunlar Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA