ATV-nin aparıcısını yarış arabası vurdu - Video

img

10-10-2016 [11:01]


Xəbər verdiyimiz kimi, dünən Bakıda "Red Bull Soapbox” yarışı keçirilib.

Yarışdan sonra yayımlanan görüntülərdə arabalardan birinin ATV-nin aparıcısı Nərgiz Vahabqızını vurduğu görünür. Aparıcı arabanın üstündən yerə yıxılıb.

Nərgiz hadisə ilə bağlı açıqlama verib. Bildirib ki, hər şey yaxşıdır:

"Hadisə yarışdan əvvəl olub. Tədbirdə də iştirak etdim, tibb işçiləri məni müayinə etdi, heç bir problemim yox idi. Başımdan zədə almışam. Çıxıb tədbiri apara bilmişəmsə, deməli, ciddi heç nə yoxdur.

Sosial şəbəkələrdə bəzi şəxslər yazır ki, hadisə mənim ehtiyatsızlığımdan olub. Kadrlardan da görünür ki, mən yerimdə durmuşam, qəzadır da, sürücünü də günahlandırmıram".

Qafqazinfo.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA