"Əlimizdən gələni edəcəyik” - Tarix yazan millimizin baş məşqçisi

img

08-10-2016 [22:51]


"Oyunun çətin keçəcəyini bilirdik. 90 dəqiqədən sonra xoşbəxtəm". 

Bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018-in seçmə mərhələsində Norveçi qəbul edən yığmamız Maksim Medvedevin yeganə qolu sayəsində qələbə qazanaraq, yoluna itkisiz davam edir.

Prosineçki qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında qələbəni şərh edib: "Komandam mübarizə apardı. Əzmkar oyunla 3 xalı Bakıda saxladıq. Bizim üçün vacib oyun idi. 

Rəqib bizə imkan vermirdi ki, oyun göstərək. Çox çətin idi. Bunun müqabilində qələbə qazanmaq əla hissdi. Çox sevinməyə vaxt yoxdu. Çünki 3 gündən sonra daha bir vacib oyuna çıxacağıq. 

Sabah Çexiyaya yola düşəcəyik. Səfərdəki matçda da eyni futbolu göstərməli, əzmkar oyun sərgiləməliyik. Ordan da yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA