22-09-2016 [13:15]
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Mətbuat Şurasının üzvləri ilə görüş keçirib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov görüşdə çıxış edərək iki ölkə arasında bütün sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrindən söz açıb.
Azərbaycan və Türkiyənin mediası arasındakı əlaqələrə toxunan Ə. Amaşov bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etməyindən məmnunluğunu ifadə edib.
Çıxışlarda iki qardaş ölkənin tarixi və mənəvi yaxınlıqları qeyd olunmaqla yanaşı, media sahəsindəki əməkdaşlıqda əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi və ortaq problemlərə vahid prizmadan yanaşılmasının vacibliyini diqqətə çatdırılıb. Ə. Amaşov bildirib ki, İ. A. Coşkun Azərbaycanda səfir olduğunu müddətdə iki ölkə arasında olan media münasibətləri daha da inkişaf edib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Şurasının sədr Vüqar Səfərli, "APA Holding”in prezidenti Vüsalə Mahirqızı, millət vəkili Hikmət Babaoğlu, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, "Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, "Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları İsmayıl Alper Coşkunun iki ölkə arasında əlaqələrin inkişafındakı xidmətlərindən danışıblar. Çıxış edənlər səlahiyyət müddəti başa çatan səfirə yeni işlərində uğurlar arzu edib, Azərbaycanla əlaqələrini bundan sonra da davam etdirəcəyinə ümidvar olduqlarını bildiriblər.
Səfir iki ölkənin media əlaqələrinin inkişafındakı xidmətlərinə görə Mətbuat Şurasının fəxri diplomu təqdim edilib.
İ. A. Coşkun çıxışında iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb. O deyib ki, Türkiyə hər mövzuda Azərbaycanla eyni mövqedədir: "Biz bütün məsələlərə eyni gözlə baxırıq. Biz qardaş ölkələr olaraq hər zaman bir-birimizin yanında olmuşuq. Türkiyədə Azərbaycanın, Azərbaycanda Türkiyənin daha yaxından tanıdılması üçün bütün vasitələrdən istifadə etməliyik və bu, bizim ən vacib işlərimizdən biridir. Azərbaycandan ayrılmaq asan deyil. Mən Türkiyədə olanda övladlarım deyir ki, Bakıya, evimizə nə vaxt gedəcəyik. Bu, mənim də, ailəmin də Azərbaycan sevgisidir. Mən Azərbaycana çox güvənirəm və hər zaman da belə davam edəcək”.
Səfir Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə də toxunub: "Azərbaycanın son vaxtlar ən böyük yatırımı Türkiyəyədir. Mənim qənaətimə görə, iqtisadi əlaqələr, enerji layihələri indiyədək necə uğurla həyata keçirilibsə, bundan sonra da belə olacaq. Təhsil, turizm sahəsində də əlaqələrin daha yaxşı inkişaf edəcəyinə ümid edirəm”.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub