19-09-2016 [13:28]
Mais Məmmədov, "Əməkdar jurnalist"
****
2002-ci il. ANS-in kumiri, Azərbaycan Prezidenti Heydər Əliyevə "İlin Adamı” mükafatının təntənəli təqdimetmə mərasimi gedir.
Patriarxa söz verilir: "Mən tez-tez ANS-ə baxıram. Bir neçə gün əvvəl gördüm ki, Bakının rayonlarından birinin sakinləri məmurlardan gileylənirlər”. "Mən, - deyə Heydər Əliyev sözünə davam edir, baş nazir Artur Rasizadənin evinə zəng etdim. Dedim ki, ANS-ə baxırsan? Dedi ki, hə. İndicə qanunu pozanlar barədə reportaja baxdım. Sabah günahkarlar cəzalandırılacaqlar”.
O vaxt Prezident ANS-in işini yüksək qiymətləndirmişdi və bu bizim üçün böyük mükafat idi. 2006-cı il. ANS TV-nin yayımı dayandırılıb. Amma jurnalistlər hər gün işə çıxır və öz iş yerlərində otururlar.
Qeyd edim ki, bü gün bizim bütün iş otaqlarımız möhürlənib. Və qəfil sevinc dolu qışqırıq eşidilir. "Nyusrum”a (Xəbər otağı) qaçıram. "Nə olub?”.
Bir-birilərinin sözünü kəsə-kəsə danışırlar ki, indicə Azərbaycan prezidenti İlham Əliyev bizim kanalın taleyi barədə suala cavab verərkən, deyib ki, "Mən ANS-i yaxşı tanıyıram və bütün zəruri tədbirləri görəcəyəm ki, kanal yenidən işləsin. Sizə dərin təşəkkürümüzü bildiririk, cənab Prezident! Biz bunu heç vaxt unutmayacağıq”.
2016-cı il. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə soxulmaq cəhdi ciddi uğursuzluqla nəticələnir. Üstəlik, bizim şücaətli əsgərlərimiz əks-hücum nəticəsində əvvəllər işğal edilən ərazilərdən böyük bir qismini azad edir. Bu barədə ilk reportajları bizim cəbhə jurnalistlərimiz Vahid Mustafayev və Mir Şahin vermişdi.Onlar sanki özlərinin "Qarabağ gənliyi”ni xatırlamış və əhalini döyüş bölgəsindən qaynar xəbərlərlə təmin edirdilər. Kanalın reytinqi digərlərini üstələmişdi.Tamaşaçıların təşəkkür zənglərinin ardı-arası kəsilmirdi.
Tanımadığımız bir kişinin telefonda dedikləri indi də qulaqlarımdadir: "Afərin! Siz əjdahasınız!”.
Bu, ANS-in 25 illik fəaliyyətindən kiçik bir haşiyə idi. Təəssüf ki, bu gün bizim kanalın loqotipi mavi ekranlarda yoxdur. Bütün günü cib telefonlarımiza zəng edir (bütün şəhər telefonları söndürülüb) və yalnız bir sual verirlər: "ANS-in yenidən işləyəcəyinə ümid var?”.
Əlbəttə, ümid var, çünki, deyildiyi kimi, ümid sonda ölür. Mənim də fikrimcə, insanların yaddaşından bizim kanalı silmək mümkün deyil. Yayımlandığı ilk gündən ANS-i xalqla görünməz əlaqələr bağlamışdı. Müharibə gedirdi və qələbələrimiz barədə ilk xəbəri ANS verirdi. Amma nə qədər acı olsa da, özümüzün məğlubiyyətlərimiz haqda da heç vaxt susmamışıq.
Biz, ümumiyyətlə, tamaşaçılarımızın istəyinə diqqətlə yanaşmışıq. Respublikada ilk olaraq biz "İç Xəbər” proqramını açdıq ki, həmvətənlərimizi öz faciə və problemləri ilə təkbətək qoymayaq. Hər həftə minlərlə məktub alırdıq və onlardan birini də diqqətdən kənarda qoymurduq. Hələ ANS ÇM radiosunun dinləyiciləri nə qədər mövzu verirdilər...
Mən hesab edirəm ki, bizim kanal həm də dövlət kanalıdır, çünki ANS həmişə dövlətimizin şərəfinin, ləyaqətinin və müstəqilliyinin qorunmasına xidmət edib. Bəlkə də təkrarlayıram, amma bu reallıqdır, ANS üçün həmişə hər şeydən üstün Azərbaycan xalqı, Azərbaycan Bayrağı və Ali Baş komandan olub. Cəsarətlə deyə bilərəm ki, ANS vətənpərvərlərin kanalıdır. Bizim verilişlərdən Azərbaycanı sevməyi öyrənən tamaşaçılar və onların övladları çoxdan buna əmindirlər. Məndən tez-tez soruşurlar ki, biz öz işimizdə səhv buraxmışıq?
Əlbəttə, hə, çünki səhv etməyən yalnız heç bir şey etməyəndir. Onu da qeyd edim ki, biz ideal olsaydıq, indi yerimiz muzey idi. Amma mən 100 faiz əminəm ki, əgər biz ANS-in mavi ekranlara qayıtmasına dair sorğu keçirsək, əksəriyyət bizim tərəfimizdə olacaq. Mən qocaya inanın. Həyatda çox şey görmüşəm və öyrənmişəm.
Sentyabrın 21-i bizim kollektiv üçün həlledici gündür. Ali Məhkəmə ANS-in yayım lisenziyasının ləgvi ilə bağlı bizim apellyasiya şikayətinə baxır. Biz bilmirik, Ali məhkəmə hansı qərar çıxaracaq. İnanırıq ki, məhkəmə ədalətli olacaq, çünki bizim prezident İlham Əliyev öz işində ədaləti əsas götürür. Və biz buna günbəgün daha da əmin oluruq. Milli Təhlükəsizlik Nazirliyinin geeralları və yüksəkrütbəli zabitləri bizi xarici düşmənlərdən qorumaqdansa, quldurluqla məşğul olub. Onların işi ciddi şəkildə araşdırılır. Dövlətdən milyonlarla valyuta oğurlayan bankir qrupuna qarşı proses başlayıb. Araşdırma gedir...
Dahi Heydər Əliyev Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin ediləndə "Literaturnaya qazeta”ya müsahibə vermişdi. Bu söhbət bütün Sovet İttifaqını lərzəyə salmışdı. İlk dəfə olaraq bizim patriarx bəyan etmişdi ki, kommunist partiyasında rüşvət, qohumbazlıq və korrupsiya "tərəqqi” edir. Məqalənin adı "Qoy ədalət zəfər çalsın!” idi.
Gördüyünüz kimi, Əliyevlər ailəsində ədalətə münasibət birinci yerdədir və mən, yaşlı jurnalist olaraq, prezidentimiz İlham Əliyevin bu ailə xüsusiyyətinə çox inanıram.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub