08-09-2016 [13:48]
"İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin orqanı olan "Mühacir” qəzeti 19 ildən sonra fəaliyyətini bərpa edib.
Qəzetdən Mia.az-a verilən məlumata görə, yarandığı ilk dövrdə 94 sayı çap olunan qəzet sentyabrın 3-də-Azərbaycan Demokrat Firqəsinin yarandığı gündə nəşrini bərpa edib.
19 ildən sonra çap olunan ilk sayda "İranlı Mühacirlər Cəmiyyəti”nin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə Rio-de Janeyroda Olimpiadada qazanılan uğurlara görə müraciət olunub. Ümidvarlıq bildirilib ki, bu qələbə gələn il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında qazanılacaq uğurların təməlidir.
Qeyd edək ki, "Mühacirlər” qəzetinin baş redaktoru Rəhim Hüseynzadədir.
Qəzetin ikinci səhifəsində baş redaktorun "47 il əvvəlin xatirəsi, yaxud yerin yiyəsi gəlməsəydi...” adlı yazısı bir növ 1946-cı ildən bəri Azərbaycana pənah gətirən iranlı mühacirlərin Azərbaycan Respublikasında necə doğmalıqla əhatə olunduqlarını rəmzi surətdə özündə əks etdirən publisistik yazıdır və orada xüsusilə, Heydər Əliyevin mühacirlərə doğma münasibət göstərməsi konkret faktlarla şərhini tapıb.
Qəzetdə həmçinin Seyid Cəfər Pişəvəri haqqında onun bacısının, silahdaşlarının xatirələrinin təqdimatına başlanılıb.
Dünya Azərbaycanlılarının IV Qurultayında təltif olunanlar arasında Danimarkadakı "Vətən” Cəmiyyətinin sədri, Azərbaycan Milli hökumətinin fədai başçılarından biri mayor Məmi Sadiqin oğlu Səfər Sadiqi də var.
"Danimarkaya ünvanlanan təbriklər” sərlövhəli yazıda onun "Tərəqqi” medalı ilə təltif olunduğu anlar və atasının fədai başçısı görkəmində fotoşəkilləri dərc olunub.
İlk sayda həmçinin son 71 ildən söhbət açan sənədli fotoşəkillər də yayımlanıb.
"Xoş gördük, "Mühacir!” sərlövhəli yazıda isə 25 ildən sonra fəaliyyətini bərpa etmiş Cəmiyyətin ədəbi birliyinin sədri Tariyel Ümidin ədəbi-bədii proseslərə işıq salan cəhətlər barədə fikirləri təqdim olunub.
Qəzetin ilk sayında xalq şairləri Əli Tudə, Söhrab Tahir, görkəmli fədai, alim Əsəd Rza Yəqubinin kiçik bədii əsərlərinə yer verilib.
Qəzetin baş redaktoru Rəhim Hüseynzadə bildirib ki, məqsədimiz heç də Azərbaycanda 70 ildə məskunlaşan mühacirlərin və onların ailə üzvlərinin keçdiyi yola, uğurlara nəzər salmaq deyil: "Biz dünyanı ağuşuna alan mühacirət probleminin reallıqlarını Azərbaycan mühacirəti konteksində oxuculara çatdırmağı özümüzə başlıca vəzifə kimi qəbul etmişik. Bu konteksdə isə digər ölkələrin görüb-götürə biləcəyi müsbət nümunələr kifayətdir”.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub