25-08-2016 [15:44]
""Xalq cəbhəsi” qəzetinin baş redaktoru olduğum zaman, 2001-ci ildə qəzetdə nurçularla bağlı Vüqar Hüseynovun araşdırmalarını dərc etdik. O vaxt Türkiyədə nurçuluq əleyhinə yazan Nəcib Hablemletoğlu qətlə yetirilmişdi. 8 yazı yayımladıq. Həmin vaxtı həm mənə, həm də yazının müəllifi Vüqar Hüseynova, eyni zamanda qəzetin dostu olan Qüdrət Həsənquliyevə təzyiqlər başladı. 8 nömrədən sonra məhz Türkiyə səfirliyinin təkidi ilə yazıları dayandırdıq. Çünki bizim üçün dost və qardaş ölkənin rəsmi mövqeyi, incidilməməsi önəmli idi".
Bunu APA Holdinqin prezidenti, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı MŞ-da "Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu araşdırma ilə bağlı həmin vaxt "Xalq Cəbhəsi” qəzeti məhkəməyə verilib.
V. Mahirqızı deyib ki, 2013-cü ilə qədər gülənçilərin keçirdikləri tədbirlərdə dünyanın müxtəlif ölkələrinin ən tanınmış şəxsləri, dövlət rəsmiləri iştirak ediblər:
"Çünki bu, həmin vaxt Türkiyə dövlətinin yaxın müttəfiqinin tədbirində iştirak kimi qəbul olunurdu. Ona görə də mən hamının bu gün ucdantutma qınanılmasının, bu məsələ ilə bağlı kampaniyaçılığın əleyhinəyəm. Lakin 2013-cü ildən sonra artıq Türkiyə dövləti belə bir müttəfiqi olmadığını açıqladı, bunlara qarşı mübarizəyə başladı. Məhz bundan sonra bu dairə ilə sıx əlaqə saxlayanlar, əməkdaşlığı davam etdirənlər mütləq araşdırılmalı və cəzalandırılmalıdır. Eyni zamanda hətta 2013-cü ilə qədər də bu qrupun dövlət əleyhinə fəaliyyətində onlarla əməkdaşlıq etmiş şəxslərin araşdırılması və cəzalandırılması lazımdır. Yoxsa Türkiyə hakimiyyətinin müttəfiqi kimi yanaşıb, Türkiyə dövlətinə və hakimiyyətinə sayğıdan irəli gələrək bu insanlarla münasibət saxlayan, tədbirlərdə iştirak, çıxış edən adamların qaralanmasını doğru hesab etmirəm”.
V.Mahirqızı eyni zamanda qeyd edib ki, hələ 2009-cu ildə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov gülənçilərə qarşı açıq və sərt fikrini bildirib:
"Həmin tədbirdə çoxumuz iştirak edirdik. Əli müəllim açıq mətnlə bu şəxslərə "siz artıq əndazəni aşmısınız” dedi və bildirdi ki, biz Türkiyə Cümhuriyyətinin qurucusu kimi Atatürkü tanıyırıq. Heydər Əliyevlə yanaşı yalnız Atatürkün portreti qoyula bilər. O vaxt gülənçilər bundan çox pərt oldular. Həmin vaxt tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da Əli müəllimin bu fikirlərini çox dəstəklədi”.
V. Mahirqızı bildirib ki, Azərbaycan mediası dövlətin maraqlarına təhlükə ola bilən istənilən cərəyanla mübarizədə dövlətin yanındadır:"Düşünürəm ki, bu, birmənalı və mübahisəsizdir”.
APA
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub