20-08-2016 [12:48]
"Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi adlı layihəyə Gəncədə yekun vurulub.
Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi tərəfindən keçirilib.
"Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İB-nin sədri Anar Yusifoğlu bildirib ki, layihə gənc KİV işçilərinin peşə hazırlığının yüksəldilməsinə, internet media sahəsində onların nəzəri biliklərinin təcrübü bacarıqlara çevrilməsinə, şəbəkələşmə yolu gənc jurnalistlər arasında peşəkar və müasir jurnalistikanın tələblərinin təbliği və tədrisinə, media təhlükəsizliyinində milli maraqlar amilinə xidmət edir.
A.Yusifoğlu bildirib ki, gənc jurnalistlərin peşəkarlığının artırılması üçün belə layihələri davam etdirəcəklər: "Layihə çərçivəsində ən müxtəlif innovativ təlim formalarından istifadə edilməklə və Azərbaycanın müvafiq jurnalist təşkilatları, nüfuzlu media mütəxxəssisləri ilə əməkdaşlıq şəraitində gənc KİV işçilərinin müasir jurnalistikanın internet təhlükəsizliyi mövzusunda biliklərinin təkmilləşdirilməsinə, onların peşə-təcrübə qabiliyyətlərinin daha da yüksəldilməsinə çalışdıq”.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov layihənin önəmini qeyd edərək bildirib ki, dövlət və ictimai maraqların müdafiəsinə hər bir siyasi, ictimai, yaradıcı təşkilat öz töhfəsini verməlidir. Dövlətimizin suverenliyini, təhlükəsizliyini qorumaq, milli maraqlarımızın müdafiəsinə çalışmaq hər kəs üçün əsas meyar olmalıdır. Xüsusilə də, jurnalistlərin dövlət və ictimai maraqların müdafiəsində rolu hər zaman diqqət mərkəzində olub. Müşfiq Cəfərov gənc jurnalistlərin peşə hazırlığının yüksəldilməsinə, onların nəzəri biliklərinin təcrübi bacarıqlara çevrilməsinə , şəbəkələşmə yolu gənc jurnalistlər arasında peşəkar və müasir jurnalistikanın tələblərinin təbliği və tədrisinə, media təhlükəsizliyinində milli maraqlar amilinə xidmət edən layihəyə uğurlar arzulayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov çıxış edərək, ölkədə kütləvi informasiya vasitələrinin inkişafı, söz, mətbuat azadlığının təmin edilməsi istiqamətində həyata keçirilən mühüm işlərdən danışıb.
Bildirib ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri var. Tarixdə formalaşmış milli mətbuat ənənələrimiz bu gün də davam etməkdədir. Jurnalistlər bilavasitə xalqın haqq sözünü çatdıran, ictimai rəyə və şüurlara təsir imkanları olan adamlardır. Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək hər bir mətbuat işçisinin sadəcə peşə borcudur. Medianın ən kütləvi təsir vasitəsi olduğunu nəzərə alsaq, bu cür layihələrin keçirilməsinin əhəmiyyəti böyükdür.
Tədbirdə newjournalism.az internet saytının təqdimatı da keçirilib.
Layihənin koordinatoru Aqil Ələsgər bildirib ki, gənc jurnalistlər newjournalism.az saytından həm nəzəri, həm praktiki bilgiləri ala, KİV haqqında qanunvericiliklə tanış ola biləcəklər.

Aqil Ələsgər qeyd edib ki, layihə çərçivəsində Azərbaycandakı nüfuzlu media qurumlarında, informasiya agentliklərində, xarici media təmsilçiləri ilə görüşlər keçirilib: "Gənclər Azərbaycanın peşəkar jurnalistəri, baş redaktorlarının bir başa iştirakı ilə keçirilən praktiki təlimlərdə xəbərin hansı formada hazırlanması, yazıların hansı formada hazırlanması, xəbərə, jurnalistikaya, araşdırmalara hansı aspektən yanaşılmalıdır suallarına cavab tapdılar. Özlərinin xəbər hazırlanmasında birbaşa iştirakını təmin elədik”.
Regionlarda çalışan gənc jurnalistlərin də peşəkarlığının artırılmasının vacibliyini vurgulayan A.Ələsgər bilirib ki, jurnalistika ixtisasına yiyələn tələbələr, məzunlar Bakda qalmamalıdılar: "Bunlar rayonlarda da fəaliyyətlərini davam etdirməli və əyalət mətbuatının inkişafına xidmət etməlidirlər, bu səbəbdən də bu yöndə fəaliyyətimizi davam etdiririk və sonuncu tədbirimizi keçirdirik. Biz bundan sonra da Azərbaycanda jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı fəaliyyətimizi davam etdirəciyik”.
Sonda iştirakçılara "Peşəkar Jurnalist” Virtual Təlim Mərkəzi layihəsi çərçivəsində hazırlanan kitab, disk, papaq və köynək paylanılıb.
Xatırladaq ki, "Peşəkar Jurnalist” Virtual Təlim Mərkəzi layihəsinin rəhbəri Anar Yusifoğlu, koordinatoru Aqil Ələsgərdir.

Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub