27-07-2016 [18:26]
Bu gün "Mirzə Cəlil" Milli Media Mükafatının təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə müxtəlif media orqanlarının nümayəndələri iştirak ediblər.
Təşkilatçıların verdiyi məlumata görə, "Mirzə Cəlil" Mükafatı bu il təsis edilib və bundan sonra hər il özünün layiqli sahiblərinə təqdim ediləcək.
''Mirzə Cəlil'' Milli Media Mükafatının təşkilat komitəsinin sədri Aqil Ələsgər tədbirlə bağlı bunları deyib: "Biz bu il Azərbaycanın seçmə ziyalıları, mətbuatımızın ağsaqqalları ilə məsləhətləşib, qərara aldıq ki, ölkəmizdə müxtəlif adlarda media mükafatları var. Amma Azərbaycanın ən önəmli karifey isimlərindən biri, mətbuatımızın inkişafında ən azı Həsən bəy Zərdabi qədər xidmətləri olan Mirzə Cəlilin adına mükafat yoxdur. Biz də qərara aldıq ki, bu mükafatı təsis edək və bu yolla onun adını əbədiləşdirək.
''Mirzə Cəlil'' Ali Media Mükafatı hər il sadəcə 5 nəfərə, ''Mirzə Cəlil'' Media Mükafatı isə 10 nəfər veriləcək. Bu mükafat hər ilin iyul ayının son 10 günlüyündə layiq olan, cəmiyyətdə heç bir şəkildə mübahisə yaratmayacaq şəxslərə təqdim ediləcək.
Burada əsas məqsəd Azərbaycan mediasının inkişafında müstəsna xidmətləri olan insanları qiymətləndirməkdir. Bu baxımdan, Azərbaycan mətbuatının dəyərli isimlərinə - Rauf Arifoğlu, Akif Aşırlı, Nəsir Əhmədli kimi şəxslərə mükafatlar verildi. Eyni zamanda bu il multikulturalizm ilidir və bu sahə üzrə yazan qələm sahiblərini də mükafatlandırdıq".
''Mirzə Cəlil'' Milli Media Mükafatının təşkilat komitəsinin münsiflər heyətində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, teleaparıcı Anar Yusifoğlu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli, əməkdar jurnalist Azər Həsrət, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli var.
Tədbirdə ilk olaraq, Sabir Rüstəmxanlı çıxış edərək, Mirzə Cəlil ənənəsindən danışıb.
S.Rüstəmxanlı çıxışı zamanı bildirdi ki, Mirzə Cəlil həm sovet dönəmində, həm də müstəqillik dönəmində tənqidçi, satirik medianın yaranmasında və inkişafında mühim rol oynayıb.
Cəlil Məmmədquluzadənin yaradıcılığı barədə danışan Sabir Rüstəmxanlı dedi ki, "Mirzə Cəlil millətin tərəqqisi yolunda böyük ideoloq olduğu kimi, həm də ətrafındakı ziyalı və qeyri-ziyalını öz səviyyəsinə, ucalığına qaldırması ilə ölçülür”.
Münsiflər Heyətinin digər üzvləri Umud Rəhimoğlu, Rəhim Hüseynzadə və Azər Həsrət çıxış edərək, mükafatın aktuallığından və günümüzdə ona olan ehtiyacdan danışıblar. Anar Yusifoğlu isə çıxışında qeyd edib ki, gələcəkdə Mükafat Fondu da formalaşdırılacaq.
Daha sonra mükafatçılara plaketlər təqdim edildi.
Mükafatçılar arasında professor Şirməmməd Hüseynov, BDU-nun jurnalistika fakultəsinin müəllimi Nəsir Əhmədli, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, fotoqraf Elxan Kərimov (ölümündən sonra), Lent.az xəbər portalının baş redaktoru Qabil Abbasoğlu, İTV-nin informasiya departamentinin direktoru Rauf Rəcəbov, "Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, "Azadinform” Agentliyinin baş redaktoru Niyaz Niftiyev, "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, "Birlik” jurnalının baş redaktoru İlqar İlkin var.
Mədəniyyət kanalı, ATV, Lider TV, Region TV və Dünya TV telekanalları da Mirzə Cəlil ideyalarının təbliğindəki inkişafına görə münsiflər heyəti tərəfindən mükafatlandırıldı.
Sonda münsfilər heyətinin üzvü, xalq şairi Sabir Rüstəmxanlı tədbirə verdiyi dəstəyə görə iş adamı Məlahət Qurbanovaya "Təşəkkürnamə” təqdim etdi.















Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub