13-07-2016 [17:09]
Bu gün Pia.az saytının baş redaktoru Azər Qaramanlının 50 yaşı tamam olur.
Azər Qaramanlı bu ölkənin səssiz-sədasız, kimsənin əlindən tutmadan yürüyən azsaylı yazmağı bacaran baş redaktorlarından biridir.
"Azər Qaramanlı” bu ölkənin çox önəmli tarixi araşdırmalarında gördüyümüz imzadır.
Dostumuzu bu münasibətlə həm təbrik edib, həm də mətbuatın bu günü ilə bağlı fikirlərini öyrəndik.
– Artıq 50 yaşı keçirsiniz, ötən bu illər sizin üçün nə deməkdir?
– Sözün düzü hələ ki, 50 illiyi hiss etmirəm. Amma səhər tezdən ağlıma bir şey gəldi. 50 yaşdı da, yaşayırıq ötür keçir.
– Bu yaşa kimi nə kimi uğurlara imza atmısınız?
– Hesab edirəm ki, özüm-özümü yetişdirməyim, öz-özümü tərbiyyə etməyim elə mənim uğurlarımdır. Başqa uğurlara gəldikdə elə bir hədəflərim də olmayıb ki, bu barədə danışım. Ümumiyyətlə karyerist olmağı heç zaman sevməmişəm. Bu gün də eyni mövqedəyəm. Önəmli olanı odur ki, özüm-özümə hörmət edə bilmişəmsə, buna şükür edirəm. Yəni özüm-özümə o qiyməti verə bilmişəm. Başqalarının mənə verdiyi qiymət isə başqalarının qiymətidir. Önəmli olan Allaha nə qədər yaxın olmaq məsələsidir. Problem də odur ki, az da olsa, Ona yaxınlaşa, Allah bəndəsi ola bilmişəm, ya yox? Mənim üçün önəmli olan budur.
- 50 yaşdan sonrakı dövr üçün özünüzə nə arzulayardınız, daha nə kimi planlarınız var?
– Yola davam edirik. Jurnalistika sahəsində əslində olmaq istəməmişdim. Sadəcə həyat məni bura gətirdi. Yəni bir zərurət sayəsində bura gəldim. Bu gündən sonra da həmin yolla davam edəcəyəm. Bəlli bir hədəfim yoxdur ki, karyera arxasınca qaçım. Pia.az saytının baş redaktorundan başqa heç nə olmaq istəmirəm. Bu saytın baş redaktoru olmaq mənim üçün yetərlidir. Buradan o yana Allah nə qədər ömür versə, Pia.az-ın baş redaktoru olaraq yaşamaq və ömrü başa vurmaq istəyirəm. Allahdan diləyim budur.
– Pia.az saytı ilə bağlı qarşıda nə kimi planlarınız var, bu istiqamətdə hansı yenilikləri görə biləcəyik?
– Hazırda bilirsiniz ki, zəmanə sürətlə dəyişir və inkişaf edir. Elektron, texnika əsrində yaşayırıq. Buna görə də saytla bağlı hansı dəyişikliklərin ola biləcəyini indidən söyləmək çətindir. Hər şey zərurətdən asılıdır. Zərurət nəyi tələb etsə, o şəkildə də işimizi quracaq, saytı inkişaf etdirəcəyik. Düzdür, çox yüksək şəkildə inkişafa nail olmaq üçün texniki və maddi bazamız kasaddır. Amma buna da şükür deyək. Ümumiyyətlə, Allah nə qismət etdirəcəksə, o da olacaq.
– Dediniz ki, jurnalistikaya zərurətdən gəlmisiniz. Burada sizi cəlb edən nə oldu ki?
– Məni jurnalistikadan daha çox uşaqlıq vaxtlarından yaradıcılıq həsrəti bura cəlb edib. Jurnalistikaya isə zərurətdən gəlmişəm. Onu da özüm üçün təyin edə bilmirəm ki, jurnalist olduğuma görə peşmanam, yoxsa xoşbəxt. Bu barədə heç fikirləşməmişəm də. Amma o da var ki, insan özünü harda tapırsa, orada da xoşbəxtdir. Özümü yaradıcılıq sahəsində tapdım və bir jurnalist və yazar olaraq yaradıcılıq fəaliyyətilə özümü xoşbəxt hesab edirəm. Şükürlər olsun ki, ən azından nəyisə yazıb, poza bilirəm. Heç zaman demərəm ki, jurnalistikada əvəzolunmaz olmuşam. Adi bir jurnalistəm. İmkanlarım daxilində yaradıcılığımı həyata keçirirəm.
– Azərbaycanda neçə illərdir ki, jurnalistika sahəsi enişli-yoxuşlu inkişaf yolundadır. Necə düşünürsünüz, ölkəmizdə artıq peşəkar jurnalistika formalaşıbmı?
– Hesab etmirəm ki, Azərbaycanda peşəkar jurnalistika var. Ölkəmizdə peşəkar jurnalistikanın olması üçün müəyyən şərtlər olmalıdır. Ən azından sərbəst yaradıcılıq imkanları məhduddur. Ona görə də bu sahədə çalışanlara sərbəst yaradıcılıq imkanları verilməlidir.
Fikrimcə, Azərbaycan jurnalistikasının ən böyük problemlərindən biri yaradıcılıq potensialının davamlı olaraq çərçivəyə salınmasıdır. Çərçivəyə salınanda da ortalığa peşəkar yazı deyil, şablon çıxır. Ona görə də hesab edirəm ki, Azərbaycan jurnalistikası peşəkarlıqdan daha çox şablon jurnalistikadır. Bir-birilərini təkrarlayan, yeniliyin çox az olduğu və yaradıcılıq texnikası baxımından kasıb jurnalistikadır. Amma bu o demək deyil ki, hamı belədir. Azərbaycanda da ciddi qələmlər var. Onların da sayı kifayət qədərdir, hamısına da uğurlar arzulayıram. Ölkədə jurnalistika indiki durumda deyil, yaradıcılıq baxımından daha sərbəst olsaydı o insanlar böyük uğurlara imza ata bilərdilər. Amma təəssüf ki, biz yaradıcılıq baxımından özümüz-özümüzü içimizdə öldürən insanlar olduq.
Çox güclü qələm sahiblərimiz var, amma təəssüf edirəm ki, onların imkanları yaradıcı sərbəstliyin olmaması səbəbindən lazımı həddə çata bilmədi. Bu üzdən də təəssüf hissi keçirirəm. Əslində mətbuat adına yaradıcı itkilərimiz oldu. Lakin uğurlarımız da yox deyil. Siyasi, sosial, iqtisadi yönümlü mətbuat özünü qoruyub saxlaya bildi. Araşdırmaçı, analitik jurnalistika müəyyən mənada özünü qoruya bildi. Bu mənada hazırda məhz bu sahələrin inkişaf etdirilməsini daha vacib hesab edirəm.
Yenicag.az
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub