04-07-2016 [18:49]
"Azərbaycan Mətbuat Şurası hansı formada cəmiyyətdə imic qazanmasından asılı olmayaraq bu və ya digər dərəcədə jurnalist fəaliyyəti ilə əlaqəli olan şəxsin azadlıqdan məhrum edilməsindən təəssüf hissi keçirir. Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun həbsinə də belə yanaşırıq. Ancaq hesab edirik ki, onun həbsi söz və ifadə azadlığı kontekstində dəyərləndirilə biləcək hadisə deyil".
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, jurnalist peşə fəaliyyətində ölkə qanunlarına və peşə davranışı qaydalarına riayət etməlidir. Praktika göstərir ki, etik prinsiplər çərçivəsində hərəkət edən media nümayəndəsinin iş müstəvisində qanundan kənar addım atması hallarına demək olar rast gəlinmir.
"Təəssüf ki, eyni sözləri jam.az barədə söyləyə bilməyəcəyik. Bizdə olan məlumata görə, Fikrət Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirləndirilir. Məsələnin təfərrüatlarından xəbərdar deyilik. Sadəcə onu deyə bilərik ki, bu cəhət Şuraya daxil olan çoxsaylı şikayətlərdə də əksini tapırdı. Dəfələrlə xəbərdarlığımız olub. Lakin nəticə çıxarılmayıb. Buna görə də saytın adı Mətbuat Şurası İdarə Heyətinin 21 iyul 2014-cü il tarixli qərarı ilə «qara siyahı»ya salınıb. Bu, Şuranın «jam.az» barədə gördüyü ən sərt ictimai qınaq tədbiridir", - deyə, Ə.Amaşov əlavə edib.
Ə. Amaşov bildirib ki, bir sıra saytlar keçmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi ilə sıx əlaqədə olub. Həmin saytlar əsasən müxtəlif vəzifəli şəxslər barədə onlara ötürülmüş aşağılayıcı materialları yayırdılar:
"Bu kimi hallar sağlam jurnalistika sayıla bilməz. Aydındır ki, bir-birinə qarşı duran qütblər olub. Adlarını jurnalist qoyan bəzi şəxslər bu qütblərin oyunlarında iştirak ediblər. Onların yazdıqları, gündəmə gətirdikləri birbaşa hüquqi müstəvidə dəyərləndirilməli məsələlərdir. Şərəf və ləyaqətin təhqiri, işgüzar nüfuza ləkə gətirilməsi və sair bu sayaq hallar onlar üçün tam adi bir şeydir. Belələri barədə götürülən hüquqi ölçü tədbiri heç bir halda jurnalistə qarşı cinayət işi kontekstində dəyərləndirilməməlidir. Jurnalist o adamdır ki, redaksiya tapşırıqlarını yerinə yetirir, tədbirlərə qatılır, reportajlar hazırlayır. Bir sözlə, hamımızın jurnalist üçün təsəvvür etdiyi məziyyətlərə qatlaşır", - deyən Ə.Amaşov onu da bildirib ki, Mətbuat Şurası hər bir halda F.Fərəməzoğlu ilə bağlı məsələni diqqətdə saxlayacaq: "Qurum çalışacaq ki, onunla bağlı işə obyektiv yanaşılsın və barəsində ədalətli qərar çıxarılsın".
APA
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub