13-06-2016 [13:40]
Tanınmış jurnalist Eldəniz Elgün Roma Papası Fransiskə müraciət yazıb.
Mia.az müraciəti olduğu kimi təqdim edir:
"Hörmətli Papa həzrətləri!
Sizə müraciətimi Həzrəti İsanın dediyi bu sözlərlə başlayıram: "Siz ancaq sizi sevənləri sevsəniz, bunun kimə nə xeyri olar ki!”.
Sizin Roma Papası olaraq insanlara sevgi aşılamağınız Vatikanın dünyada gücünü daha da artırdı. Sevgi və Ümid işığını Roma Papası olaraq 12 günahkarın ayağını öz əllərinizlə yuyub öpəndən sonra daha da gücləndirdiniz. Elə bu ruhla Sizə müraciət edərək, iki günahsız insanın həyatını xilas etməyinizi xahiş edirəm. Bunu yalnız Siz, içi inamla zəngin Roma Papası edə bilər. Söhbət Ermənistanda məhbəsdə inləyən soydaşlarımdan, iki günahsız Azərbaycan vətəndaşından - Şahbaz Quliyev və Diqəm Əsgərovdan gedir.
Adıçəkilən hər iki mülki şəxs 2014-cü il iyulun 11-də hazırda işğal altında olan AzərbaycanIn Kəlbəcər rayonuna keçərək, öz dədə-baba qəbiristanlıqlarını ziyarət etmişdilər. Məhz bu məqamda Ermənistan ordusu tərəfindən girov götürülən hər iki şəxs uzun müddətdir ki, işgəncələr altında saxlanılır. Tək günahları isə budur ki, hər iki şəxs ata-anasının, doğmalarının məzarlarını ziyarət etmək istəyib. Sizcə, hansı dində qəbir ziyarət etmək cinayət sayılıb, cinayət sayılır? Özü də heç bir sərhəd qanununu pozmayaraq, vətəndaşı olduğu öz dövlətinin ərazisində.
Bu günə qədər beynəlxalq təşkilatların çoxsaylı müraciətlərinə baxmayaraq, bu günahsız insanları azad etmək mümkün olmayıb. Yaxın zamanlarda isə Siz onların girov saxlandığı Ermənistana səfər edəcəksiniz. Bilin ki, İrəvan küçələrində addımlayanda hər iki şəxsin imdad dolu baxışları Sizi hər dəqiqə, anbaan izləyəcək, Sizə uzatdıqları əllərindən tutub, o bataqlıqdan çıxarılacaqlarını gözləyəcəklər.
Bu səbəbdən Sizə müraciət edirəm ki, xristian dünyasının bir lideri olaraq hər iki azərbaycanlının, adi, mülki insanın girovluqdan, əsirlikdən azadlığa buraxılmasını tələb edəsiniz. Əminəm ki, bu səfəriniz zamanı iki günahsız insanı ölümdən, girovluqdan azad etsəniz, BÜTÜN İNSANLIQ SİZİN ƏLLƏRİNİZDƏN ÖPƏCƏK.
Tanrı köməyiniz olsun”.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub