07-06-2016 [13:43]
ATV-nin "Yoxlama” verilişinin əməkdaşları hücuma məruz qalıb. Hadisə Şamaxıda baş verib. Restoranda verilişin formatına uyğun çəkiliş aparan texniki heyətə hücum olub.
Şamaxı şəhərinin Bakı istiqamətindən girişində yerləşən restoranda çəkiliş zamanı ATV-də yayımlanan "Yoxlama” verilişinin əməkdaşları fiziki zorakılığa məruz qalıblar.
Restoranın sahibi çəkiliş qrupuna mane olmaq istəyib. Ancaq aparıcı Azər İsmayılov buna qarşı çıxanda gərginlik daha da artıb. Restoran sahibi və yanındakılar çəkiliş qrupuna fiziki hücum ediblər. Onlar "Yoxlama”çıları zorla restorandan çıxarmağa çalışıblar. Bu zaman söyüş və təhqiredici ifadələr də eşidilib. Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb.
Mübahisə isə çəkiliş qrupunun avtomobilinin yaxınında davam edib. Hadisə ilə bağlı polisə müraciət edilib. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları faktı araşdırır.
Amma bu xəbər mediada, sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Daha doğrusu, media cameyəsi hər zaman döyülənin yanında olduğu üçün bir qisim jurnalistlərə qarşı təzyiqi yolverilməz saydı və səbəb nə olursa-olsun media əhlinə əl qaldırmanın yolverilməzliyini bəyan etdi. Amma daha böyük bir hissə isə iddia etdi ki, "Yoxlama” jurnalistikadan uzaq elementləri ilə diqqət çəkir, hətta reket media stilində hərəkət edir. Bu fikri müdafiə edənlər veriliş heyətinin Bakının mərkəzindəki, dəbdəbəli, "arxalı” restoranlara ayaq basa bilmədiyi halda, gözdən uzaq, kasıbyana obyektləri hədəfə çevirməsini səmimi jurnalistika hesab etmədi. 
Media eksperti Zeynal Məmmədlinin isə bu məsələ ilə bağlı mövqeyi fərqlidir.
Müsahibimiz öncə bildirdi ki, bu tipli verilişlər medianın missiyasına uyğundur. Onun sözlərinə görə, zəruri ictimai- iaşə obyektləri insanların həyatı üçün önəmlidir və orada baş verənlərlə bağlı araşdırma aparılması da zəruridir.
Müsahibimiz hesab edir ki, verilişin maqazinvari hazırlanması da peşəkarlıq prosesidir: "Rusların ”Revizor" adlı verilişi var, bu formatdadır.
Orada verilişi sensasion ruhda hazırlayırlar və ortaya ciddi faktlar çıxarırlar. O mənada bir daha təkrarlayıram ki, bu verilişin hazırlanması jurnalistikaya aiddir və jurnalistlər bunu hazırlamalıdılar". 
Müsahibimiz dedi ki, verilişin etik və peşəkarlıq prinsipləri baxımdan necə hazırlanması isə ciddi müzakirə mövzusudur. Onun sözlərinə görə, müsahibin üstünə necə getmələri, əks tərəfə yaxınlaşma üslubu bu məsələdə mühüm rol oynayır: "Əks tərəfin reaksiyası necə olursa-olsun, veriliş hamıya ünvanlandığından etik detallar göz bəbəyi kimi qorunmalı, prodüser çox ciddi olmalıdır. Məni bu mübahisədə daha çox maraqlandıran isə başqa məqamdır: verilişin heyəti niyə belə xırda yerlərə gedir? Xüsusi adamı olmayan, xüsusi olmayan yerləri seçmələrinin səbəbi nədir? Belə təsəvvür yaranır ki, kasıb-kusubların, öz əməyi ilə dolananların üzərinə gedirlər. Oliqarxlar belə təsadüfi rəqiblərini bu cür verilişlərlə sıradan çıxarmaq istəyirlər. Bu cür sıxılmış obyekt sahiblərində isə təbii bir əsəbilik var. Verilişin bunu qabartması da bu cür partlayışa səbəb olur”.
Bununla belə, Z.Məmmədli bildirdi ki, heç bir halda jurnalisti döymək, kamerasını sındırmaq yolverilməzdir. Müsahibimizin sözlərinə görə, jurnalistlər bilməlidirlər ki, hər məqamda son dərəcə diqqətli olmalıdırlar: "Digər tərəfdən, nəzərə almalıdılar ki, girə bilmədikləri kola girə bilmirlərsə, bura niyə girirlər? Bu, nə jurnalistlərin, nə də o obyektin günahıdır. Bu, cəmiyyətin mənzərəsidir”.
Musavat.com
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub