26-05-2016 [21:29]
Ukraynanın "Mirotvorets” Tədqiqatlar Mərkəzi öz saytında davamlı olaraq yerli və xarici jurnalistləri "Donetsk Xalq Respublikası” (DXR) və "Luqansk Xalıq Respublikası” (LXR) adlanan quruluşlarla əməkdaşlıqda günahlandıraraq, onları terrorizmə dəstəkdə ittiham edir və fərdi məlumatlarını açıqlayır. Bu günə kimi dünyanın aparıcı KİV-lərinin nümayəndələri də daxil olmaqla 5 minə yaxın jurnalist barədə informasiya açıqlanıb.
Mia.az xəbər verir ki, bu sözlər Azərbaycan Mətbuat Şurasının bu gün yaydığı bəyanatda yer alıb.
Bəyanatda daha sonra deyilir:
""Mirotvorets" hesab edir ki, həmin jurnalistlər "DXR” və "LXR” ərazisinə səfər etməklə, həmin quruluşlarda akkreditasiyadan keçməklə Ukraynanın ərazi bütövlüyünü təhdid edir, separatizmin və terrorçuluğun genişlənməsinə xidmət göstərirlər.
Bir müddət öncə mərkəz tərəfindən açıqlanmıyş yeni siyahıda müxtəlif ölkələrdən olan 293 nəfər juralistin, o cümlədən Azərbaycan KİV-lərini təmsil edən 11 nəfərin adı və fərdi məlumatları əks etdirilib.
Mətbuat Şurası məsələ ilə bağlı xüsusi araşdırma aparıb və müəyyən edib ki, adları həmin siyahıda əks olunmuş Azərbaycan jurnalistlərinin heç biri sözügedən ərazilərdə olmayıb və akkreditasiya üçün bu quruluşlara müraciət etməyib. Onların fəaliyyətində Ukraynanın ərazi bötüvlüyünə xələl gətirəcək, qeyri-qanuni əməl kimi səciyyələndirilə biləcək fakt aşkar olunmayıb. O da müəyyən edidlib ki, həmin jurnalistləri terrorçuluğa, separatçılığa dəstək verməkdə ittiham edən "Mirotvorets” təşkilatı buna əsas kimi KİV nümayəndələrinin Rusiya XİN-də akkreditasiyadan keçməsi və bu ölkə ərazisində fəaliyyət göstərməsi amilini rəhbər tutub.
Mətbuat Şurası bəyan edir ki, "Mirotvorets” təşkilatının çoxlu sayda jurnalistin həyat və təhlükəsizliyini təhdid edən bu tipli fəaliyyəti beynəlxalq qanunvericiliyin tələblərinə, etik qaydalara və humanizm prinsipinə tamamilə ziddir. Jurnalistin qanunlar çərçivəsində fəaliyyətini məhdudlaşdırmaq cəhdi yolverilməszdir və heç bir sağlam məntiqlə izah oluna bilməz.
Mətbuat Şurası jurnalistlərin həyatını təhlükə altına alan bu tipli fəaliyyətə son qoyulması tələbi ilə Ukrayna hakimiyyətinə və bu ölkənin Azərbaycandakı səfirliyinə müraciət edəcəkdir".
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub