26-04-2016 [15:53]
2014-cü ilin aprel ayından fəaliyyətə başlayan Avtosfer.az saytı 2 yaşını qeyd edib.
Mərasimə millət vəkili Rafael Cəbrayılov, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polkovnik-leytenant İsa Deystani, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, kapitan Elşad Hacızadə, Sumqayıt Şəhər Dövlət Yol Polisi İdarəsinin bölük komandiri, kapitan Mərdan Əliyev, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov və başqa qonaqlar qatılıb.
Qonaqlar saytın maarifləndirmə, yol hərəkəti qaydalarının təbliğatı işini yüksək qiymətləndirib, sayt rəhbərliyinə təkliflərini bildiriblər.
Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Avtosfer.az saytı sahəvi sayt olaraq jurnalistika sahəsində öz sözünü deyib və qısa müddətdə populyarlıq qazanıb: "Saytdakı peşəkar yanaşma bizi qane edir. Bugünkü cəmiyyətdə belə saytların olması vacibdir. Yol hərəkəti elə bir sahədir ki, insanların maariflənməsinə həmişə ehtiyac var. Avtosfer.az saytı bu missiyanı layiqincə yerinə yetirir. Saytın kollektivini təbrik edirəm".
Millət vəkili Rafael Cəbrayılov isə bildirib ki, Avtosfer.az saytının yol hərəkəti qaydaları ilə bağlı qanunların təbliğində böyük rolu var: "Bu sayta nə Elməddin Muradlının, nə də Dövlət Yol Polisinin saytıdır. Bu sayt yol polisləri ilə sürücülər arasında bir körpüdür, onların ortaq fikirlərini əks etdirir. Güman edirəm ki, bu saytın fəaliyyəti daha da genişlənəcək və biz Avtosfer.az-a hər cür dəstək verməyə hazırıq".
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov isə bildirib ki, Avtosfer.az saytı yol hərəkəti təhlükəsizliyi ilə bağlı təbliğat işlərinə yol polisinə daim dəstək olur: "Biz yol polisi olaraq Avtosfer.az saytı ilə daim əməkdaşlıq edirik. Bundan sonra da əməkdaşlığımızın yeni mərhələsi başlayacaq. Düşünürəm ki, sürücülərin maarifləndirilməsində, yol qəzalarının sayının azalmasında, qayda pozanların sayının aşağı düşməsində Avtosfer.az saytının da rolu var. İndiyədək həyata keçirdiyimiz bir çox tədbirlər bundan sonra davam etdiriləcək".
Avtosfer.az saytının eksperti, hüquqşünas Ərşad Hüseynov da bu sahədə görülməli olan işlərdən danışıb və saytın fəaliyyətinə daim dəstək olduğunu deyib. O bildirib ki, bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək və bir-birindən maraqlı mövzularla həm sürücülərin, həm də yol polislərinin maariflənməsinə dəstək olacaq.
Tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polkovnik-leytenant İsa Deystani, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, kapitan Elşad Hacızadə, Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin bölük komandiri Mərdan Əliyev və başqaları da Avtosfer.az saytını təbrik edərək gələcəkdə də cəmiyyət üçün faydalı olan təbliğat işlərində dəstək göstərməyə hazır olduqlarını bildiriblər.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı isə qonaqlara təşəkkür edərək bildirib ki, bu sayt Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 2014-cü ilin aprelində yaradılıb. Saytın başlıca məqsədi sürücülərin, piyadaların, bütün yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və onları narahat edən məsələlərin işıqlandırılmasıdır:
"Bu gün qarşıya qoyduğumuz məqsədə doğru addımlayırıq. Çoxlu uğurlarımız var. Şuraya təşəkkür edirəm ki, daim bizə dəstək göstərir. Yol polisi ilə sıx əməkdaşlıq edirik. Gördüyümüz hər bir iş sürücülərin və yol polislərinin işini asanlaşdırmağa xidmət edir. Düzdür, bəzən toxunduğumuz məsələlər kimlərisə narahat edir, bəziləri təhqirlə tənqidi səhv salır. Amma ümumumilikdə mən bu sayta olan diqqətdən razıyam. Daxili İşlər Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə təşəkkür edirəm. Bəzən fikirlər haçalansa da, sonda ortaq məxrəcə gələ bilirik. Əldə olunan nəticələr cəmiyyət üçün faydalıdır və biz də bunu istəyirik. Yol qəzalarının, qayda pozanların, sürücülərə qarşı kobudluq edən yol polisi əməkdaşlarının olmaması bizi daha da sevindirərdi. Lakin təəssüflər olsun ki, bu kimi hallar yenə də baş verir. Ancaq mən xüsusən Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm ki, saytda yazılan hər bir məsələyə diqqətlə yanaşırlar və dərhal reaksiya verib həllinə çalışırlar. Bu gün hansısa problemdən yazırıqsa, sabah həmin problemin həllindən də yazırıq. Bu, çox yaxşı nəticədir. DİN rəhbərliyi həmişə qaldırılan məsələlərə həssas yanaşır. Ümid edirəm ki, gələcəkdə də faydalı işlər görüb cəmiyyətimizdəki neqativ halların aradan qalxmasına nail ola biləcəyik".
Saytın əsas yaradıcı heyəti - baş redaktor Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov, baş redaktorun köməkçisi Fuad Məmmədov qonaqlara minnətdarlıq edərək, Avtosfer.az-ın bundan sonra da sürücülər üçün faydalı resurs olması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Dəyərli oxucularımıza bizi bu 2 ildə izlədiklərinə görə təşəkkür edirik! Sizlərlə birlikdə neçə belə illərə!
Mia.az saytının kollektivi olaraq, həmkarlarımızı təbrik edir, onlara bol-bol uğurlar arzulayırıq.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub