11-04-2016 [15:55]
Xəbər verdiyimiz kimi, aprelin 10-da Səbail rayonunda yerləşən "Jurnalistlər evi”nin həyətində Azərbaycanın işğal altındakı ərazilərində gedən döyüşlərdə şəhid olan əsgərlərin xatirəsinə hörmət əlaməti olaraq mərasim keçirilib. Binada yaşayan jurnalistlərin öz təşəbbüsü ilə həyətdə çadır qurulub və ehsan süfrəsi açılıb.
Mərasimdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, deputat Qənirə Paşayeva, çoxlu sayda media kapitanları, mətbuatın tanınmış imzaları iştirak ediblər. Şəhidlərimizin anımı üçün təşkil edilən mərasimdə onların ruhuna Quran oxunub, qısa çıxışlar edilib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçənlər anılıb. Amma təəssüf ki, sosial şəbəkələrdə bəzi "qəhrəmanlar” ortaya düşərək jurnalistlərin bu təşəbbüsünü aşağılamağa çalışıblar, hətta "ölü yuyan” deməyi belə özlərinə yaraşdırıblar. Məsələ ilə əlaqədar tədbirdə iştirak edən jurnalistlərin əksəriyyəti elə sosial şəbəkə vasitəsi ilə onları tənqid edənlərə cavab ünvanlayıb.
"Jurnalistlər evi”nin sakinləri isə bu cür "sosial şəbədəçilərə” sərt cavablar veriblər.
"Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru, araşdırmaçı-jurnalist Niyaz Niftiyev bu barədə yazdığı statusu təqdim edirik: "Məni tanıyanlar bilir ki, hər zaman ədəb qaydalarını, münasibətlərdə əxlaqa xüsusi önəm verirəm. Əslində bu cavabı mən yox, bu adamı tanıyanlar, vaxtilə onunla bir yerdə işləyən və bizim məclisimizdə iştirak edən həmkarlarımız verməli idilər. Canları sağ olsun...
Əvvəla, biz jurnalist olmazdan əvvəl vətəndaşıq. Hər birimizin vətən, şəhid, millət və digər ümdə məsələlər qarşısında vətəndaş məsuliyyətimiz var. Düşünürəm ki, məclisi təşkil etməklə biz həm də şəhid olan əsgər və zabitlərimiz qarşısında bir növ mənəvi borcumuzu yerinə yetirmiş olduq. Bu bir hüzr məclisi deyil idi, bu anım tədbiri idi...Toplaşdıq, şəhidləri andıq, onların xatirəsini yad etdik... ".
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu isə müsavat.com-a danışaraq onların barəsinə səslənən fikirlərə öz mövqeyini bildirib: "Sosial şəbəkələrdə elə proseslər baş verir ki, adam mat qalır. Bunu şərh etməyə ehtiyac da yoxdur...
Hamımız bir ölkənin, bir millətin nümayəndələriyik. Həmin binada yaşayan insanlarla şəhidlərimizi yad edib, onlara dualar oxumuşuq, gücümüz çatan qədər ehsan vermişik. Kim necə qəbul edir özü bilər. Burda qəbahət, bir yanlışlıq olduğunu düşünmürəm”.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı isə müsavat.com-a açıqlamasında olanlara təəssüflə yanaşıb: "Əgər şəhidlərə ehsan verilirsə, onların ruhu əziz tutulursa və buna yanaşmada fərqli mövqe nümayiş etdirirlərsə məncə onlar Azərbaycan vətəndaşı deyillər. Şəhid təkcə ailəsinin deyil, Azərbaycan xalqının şəhididir. Jurnalist olmaqdan əvvəl mən bir müsəlmanam. Müsəlman şəhidlərinə mərasim keçirməli, onun ruhuna ehsan verməlidir. Belə düşünürəm. Məsələnin başqa şəkildə böyüməsi mənim üçün anlaşılan deyil. Hesab edirəm ki, buna etiraz edənlər insan deyillər, onların mənəviyyatına şübhə edirəm. Və ya hansısa başqa məsələ var anlaya, söz tapa bilmirəm. Nə deyim? Çox təəssüf ki, bizim bəzi insalarımız var ki, hətta Qarabağ azad ediləndə belə orda bir "qurd” tapacaqlar. Allah onlara ağıl versin”.
Ekspert Mərkəzinin (JEM) İdarə Heyətinin sədri Nicat Dağlar da öz mövqeyini bu cür bildirdi:
"Qəribə bir vəziyyət, fikir formalaşıb, ancaq və ancaq insanlarda nəsə bir yanlışlıq axtarmağa çalışırlar. Hansısa bir addım atanda onun əleyhinə yazırlar, atmayanda onu tənqid edirlər. Bilmirsən nə edənsən ki, insanlar rahat baxsınlar. Sanki özlərində vərdişli iş müəyyənləşdiriblər ki, yaxşını pis təqdim edib, olanları təhrif etsinlər. Nə baş verib ki? Elimizin, obamızın, dinimizin adət ənənəsinə uyğun olaraq şəhidlərimizə ehsan verilib. Burda qeyri-adi, təəccüblü, ironiyalı anlaşılacaq nə var ki? Məqsədimiz mənəvi rahatlıq tapmaq, şəhidlərin ruhuna ehsan vermək, Quran oxutmaq olub. İnsanların bu cür tədbirləri də belə bir müzakirə mövzusuna çevirməsinə söz tapa bilmirəm.
O ki qaldı ordakıların guya jurnalist olmaması barədə iddialara, əgər onların fəaliyyətinə kimsə şübhə ilə yanaşırsa bu öz işləridir. Hamının jurnalistlik sahəsindəki əməyi, fəaliyyəti göz qabağındadır. Mərasimdə iştirak edənlər tanına imzalar olub. Həmçinin Azərbaycan Mətbuat Şurasının sədri, jurnalist təşkilatların rəhbərləri, deputatlar iştirak edib. Hər halda öz ürəyimizə uyğun bir iş görmək istəmişik. Jurnalist həmkarlarımız ilə şəhid ailələri ilə bağlı planlarımız, onlar haqqında reportajlar hazırlanması haqda müzakirələr etdik.
Bu gün bir qrup insan çıxıb ortalığa ermənidən artıq ermənilik edir, erməni mətbuatından artıq qərəzli məlumatları yayır. Kənardan baxıb söz tapmaq olmur ki, bunlar nə istəyir, məqsədi nədir... Ölkənin dörd bir tərəfinə şəhid tabutları gəlir. İndi bəzilərinin bu cür mövqe bildirmək şəxsi təşəbbüs ola bilməz. Bu, mərkəzdən idarə olunur. Başqa ad qoya bilmərəm. Çünki eyni vaxtda başladı, oxuyanda da görürsən eyni məzmun, eyni istiqamət, eyni iddiadır. Sanki insanlarda ruh düşkünlüyü yaratmaq...”.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub