01-04-2016 [10:31]
"Gündəm-Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəriyə qarşı başladılan əsassız məhkəmə prosesi özünün məntiqi sonluğuna yaxınlaşır.
Mart ayının 31-də, saat 10:00-da Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən növbəti prosesdə təqsirləndirilən şəxs Şirin Cəfərinin son sözdeyəcəyi və bunun ardınca da məhkəmə hökmünün çıxarılacağı gözlənilirdi. Amma məhkəmə prosesində iştirak edən əməkdaşımızın verdiyi məlumata görə,proses növbəti dəfə təxirə salınaraq, aprelin 7-i, saat 10-00-a təyin edilib.
Əməkdaşımız xəbər verir ki, "Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri son söz deməyə hazır olduğunu və prosesin təxirə salınmasına səbəb görmədiyini bildirsə də hakim təqsirləndirilən şəxsin vəkilinin prosesdə olmamasını əsas gətirərək məhkəməni təxirə saldığını bəyan edib.
Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxs Şirin Cəfərinin hüquqlarını qoruyan vəkil Zaur Niftəliyev ötən prosesdə son çıxışını etmişdi və bu səbəbdən də prosesin məhz iclasda onun iştirak etməməsi prosesin təxirə salınmasına hüquqi əsas yaratmırdı.
Aparılan müşahidələr və baş verənlərin təhlili isə onu düşünməyə əsas verir ki, məhkəmə Şirin Cəfərinin həbsinə hazırlıq görür. Buna səbəb isə guya ki, vaxtilə Şirin Cəfərinin vergidən yayınması və belə bir səbəb üzündən də, ona Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə cinayət işinin qaldırılması olub. 20 may 2013-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində keçirilən məhkəmə prosesində, ona üç il şərti, iki il isə sınaq müddətinə məhkəmə hökmünün elan olunması, olduqca absurd, qərəzli və heç bir həqiqəti ifadə etməyən bir qərar olur. Çıxarılmış məkhəmə qərarından Gəncə Apelliyasiya Məhkəməsinə apelliyasiya şikayəti verilsə də, çox təəssüflər olsun ki, çıxarılmış qərar qüvvədə saxlanılır. 02 sentyabr 2015-ci il tarixdə isə, birinci instansiya məhkəməsinin çıxartdığı qərardan Ali Məhkəməyə müraciət olunur ki, bu da nəticəsiz qalır. Yəni Ali Məhkəmə də, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayır.
Diqqəti o hal da cəlb edir ki, Şirin Cəfəri barəsində çıxarılmış iki illik şərti cəza müddəti 20 may 2015-ci il tarixdə başa çatdıqdan və Ali Məhkəmə tərəfindən birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlandıqdan sonra, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində yenidən CPM-nin 306.1-ci maddəsi ilə cinayət işi qaldırılır və toplanmış iş materialları baxılması üçün Yasamal rayon Məhkəməsinə də göndərilir. Sözsüz ki, Şirin Cəfəriyə qarşı növbəti dəfə belə bir addımın atılması, ölkə ictimaiyyətinin nəzər-diqqətini yenidən yaşanan problemin varlığına yönəltdi. Çünki, onun saxta, qondarma vergi ittihamı ilə ittiham olunması, keçirilən məhkəmə prosesində isə, dövlət ittihamçısının Şirin Cəfəriyə qarşı 5 il həbs cəzası istəməsi, artıq problemin ciddiliyindən xəbər verdi ki, bu da müstəqil mətbuata təzyiq kimi qiymətləndirilməlidir.
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda