01-03-2016 [09:23]
Xalid Kazımlı, "Musavat.com"un redaktoru
Türkiyədə yenicə həbsdən buraxılmış jurnalist Can Dündarın prezident Ərdoğana ünvanladığı "təşəkkür məktubu” gerçəkdən də sənət əsəridir. Vaxt gələcək, bu yazı dərsliklərə salınacaq, universitetlərin jurnalistika fakültəsində tədris ediləcək.
Can Dündarın hər sətri mənalı olan yazısında belə cümlələr var: "Artıq dinləməkdə olduğunuz bir telefonum olmamasının rahatlığıyla neçə vaxtdır oxuya bilmədiyim kitabları oxudum; heç yaza bilmədiyim qədər çox yazı yazdım (hətta artıq sizin tərəfinizdən tutuqlanma riski qalmadığından daha rahat yazdım)”.
Əlbəttə, bu, bildiyimiz "təşəkkür məktubu” deyil, bu, sarkazm dolu qeydlərdir. Bir prezidentə ünvanlayaraq, "artıq sizin tərəfinizdən tutuqlanma riski qalmadığından daha rahat yazdım” yazmaq həmin prezidentin nə dərəcədə demokrat və ya avtoritar olmasına açıq işarədir.
Can Dündar birbaşa, açıq mətnlə özünün və həmkarının Ərdoğanın sifarişi ilə həbs edildiyini yazır. Bu, demokratik quruluşlu ölkələrdə yolverilməz, qəbuledilməz durumdur. İnsanların günah dərəcələrinə görə həbsdə olub-olmamasını qanunlar, məhkəmələr müəyyən etməlidir. Nə yazıq ki, son yeddi-səkkiz ildə qardaş Türkiyədə bu işi məhkəmələrlə paralel digər strukturlar da görür - həm də saraydan gələn sifarişlər əsasında.
İndi bəziləri deyir, Ərdoğanı necə diktator adlandırmaq olar ki, onun tutdurduğu iki jurnalist azadlığa buraxıldı.
Bəli, iki jurnalist prezidentin iradəsinin əleyhinə olaraq, konstitusiya məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Ancaq prezidentin də reaksiyası ortadadır: "Məhkəmənin qərarına hörmət etmirəm”.
Bir ölkədə konstitusiya məhkəməsinin qərarına prezident tərəfindən hörmət edilmirsə, o ölkədə demokratiyadan, qanunun aliliyindən söhbət gedə bilməz.
Sadəcə, hələ prezident Ərdoğan bütün hakimiyyət qollarının səlahiyyətlərini tək əldə, öz əlində cəmləşdirmək niyyətini həyata keçirib qurtara bilməyib. Zatən, onun israrla ölkəsində prezidentlik institutunun bərqərar edilməsinə çalışmasının başlıca qayəsi budur. O da olandan sonra nəinki Can Dündarı, hətta Uğur Dündarı, Emin Çölaşanı, Yılmaz Özdili də məhbəsə salacaqlar.
Can Dündarın şəxsiyyəti və vətənpərvərliyi bir qırağa dursun, bu, mübahisəli məsələdir.
Ancaq adamın yazarlıq, jurnalistlik istedadına söz yoxdur. Ziyalıdır, tolerantdır, demokratdır. Ona görə də onun bəzən hansısa prinsipləri, dəyərləri müdafiə edərkən ifrata varmasına səbirlə yanaşmaq, özünün öz səhvini anlayacağı günü gözləmək lazımdır.
Dündarın sırf prezident Ərdoğanı tənqid etdiyi üçün həbs edilməsi açıq bir şəkildə ortadaydı və bu, Türkiyənin adına utanc gətirən hadisəydi. Bu ölkənin konstitusiya məhkəməsi bu yanlışı ona görə düzəltdi ki, Türkiyənin adı beynəlxalq hesabatlarda hallanırdı. Yoxsa bu, Can Dündarın şəxsiyyətinə hörmətdən, Ərdoğanın personasına antipatiyadan irəli gəlmirdi.
Demokratik dövlətlərdə bu kimi instansiyalar var və onlar lazım gələndə prezidentin, baş nazirin, digər yüksək mənsəbli məmurların yanlış, qərəzli qərarlarına düzəliş edə bilir, ədaləti qoruyurlar.
Bəzi ölkələrdə isə belə institutlar, instansiyalar ya yoxdur, əvvəlcədən bərqərar edilməyib, ya da olub, sonradan məhv edilib.
Bizdə belə instansiyalar əvvəlcədən olmayıb. Yalnız 1992-93-cü illərdə Ali Məhkəmə öz üzərinə belə bir funksiya götürərək, icra hakimiyyəti strukturlarının yanlış saydığı qərarlarını düzəltmək cəhdi göstərirdi, onda da ifrata vararaq, düzgün qərarları yanlış çıxarırdı. Nəticədə Elçibəy hakimiyyəti laxladı, öz iradəsini həyata keçirərkən maneələrlə üzləşdi.
Həbsdən buraxılmış jurnalistin prezidentə bu sayaq "təşəkkür” məktubu yazmasına gəlincə, bizim ölkədə analoji hadisə heç vaxt olmayıb. Bizdə həbsdən azad olunanlar ya susurlar, ya da qeyri-səmimi, eyni zamanda "sınmış” halda təşəkkür bəyanatı verirlər.
Bu da ona görədir ki, bizdə prezidentin qərarlarını dəyişdirə biləcək, onlara hər hansı bir düzəliş edəcək heç bir instansiya yoxdur. Həbsdən buraxılanlar da yaxşı bilirlər ki, bu, kimin iradəsi ilə baş tutub.
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir