10-02-2015 [15:38]
Azərbaycan cəmiyyətində də insanların düşüncəsinə təsir etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bu zaman insanların daha yaxşı maariflənməsi üçün fərqli üsullardan yararlanmaq zərurəti meydana çıxır.
Sözsüz ki, ictimai rəyi formalaşdırmaq üçün ən təsirli vasitə mediadır. XXI əsrin ən önəmli məsələlərindən olan insan haqları, hüquq və azadlıqlardır ki, hələ də bu məvhumların cəmiyyətə tam aşılanması üçün təbliğat lazımdır. İnsanlar hüquq və azadlıqlarını biləndən sonra düşünən bir topluma çevrilə bilirlər. Təbii ki, insan haqları, hüquq və azadlıqlar, qanunlar və digər məvhumların təbliğatında kütləvi informasiya vasitələrinin (KİV) xüsusi rolu var.
İnsanların hüquq və azadlıqlarının qorunmasında mətbuatın müstəsna rolunu ekspertlər də qeyd edirlər. Amma Azərbaycan KİV-lərində son illər bu mövzulara yer ayrılsa da, hələ də müəyyən problemlər var. Çünki ayrı-ayrı dövrlərdə, ayrı-ayrı qəzetlərdə insanların toxunulmazlıq hüququnun pozulmasını özündə əks etdirən materiallar dərc edilir. Təbii ki, bu kimi hallar həm hüququ pozulan şəxsin, həm də ictimaiyyətin narazılığına səbəb olur.
Məlumat üçün bildirək ki, 1993-cü ilin dekabr ayının 20-də BMT Baş Məclisinin qərarı ilə may ayının 3-ü Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü elan edilib.
Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. KİV-lər - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. KİV-lər cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan KİV-lər dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu səbəbdən, ölkəmizdə KİV-lərin azad fəaliy-yəti və inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası da insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilib. Azərbaycanda söz azadlığının bərqərar olması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. H.Əliyev ölkəmizdə söz azadlığının təmin olunmasına, KİV-lərin cəmiyyət həyatındakı rolunun artırılmasına yüksək qiymət verib, jurnalistlərin peşə fəaliyyəti üçün geniş imkanlar yaradıb. Belə ki, həmin dövrdə KİV-lərin inkişafına göstərilən böyük diqqət nəticəsində qısa zamanda bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılıb, mətbuat orqanlarının maddi-texniki təminatı və iqtisadi müstəqilliyi gücləndirilib, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub.
H.Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin, 1998-ci ilin avqust ayının 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb, Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda senzura ləğv edilib. Eyni zamanda, 2000-ci ildə Mətbuat və İnformasiya Ќazirliyinin ləğvi dövlətin mətbuat üzərində nəzarətinə son qoyub. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haq-qında" Azərbaycan Respublikası Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxıl-ması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasi-yanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası qanunlarının qəbulu ilə KİV-lər cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli va-sitəyə çevrilib. H.Əliyevin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayıb.
Onu da vurğulayaq ki, ötən 10 ildə dövlət başçısı tərəfindən KİV-lər haqqında qanunvericiliyin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalanıb, qanunvericilik aktları təsdiq edilib. Bütün bunlar azad mətbuatın inkişaf etdirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olub. Hazırda Azərbaycanda qabaqcıl və azad mətbuat formalaşıb. Ölkədə 4400-dən artıq mətbu orqan, onlarla jurnalist təşkilatı, ümumrespublika, peyk, regional və kabel televiziyaları, informasiya agentlikləri fəaliyyət göstərir. Müsbət məqam odur ki, bir müddət əvvələ kimi mediada bir anarxiya mühiti olsa da, son dövrlər bu sahədə sabitlik, qanunlara riayət edilməsi, eyni zamanda, fikir müxtəlifliyinin təminatı öz əksini tapıb.
Nəzərə çatdırmaq lazımdır ki, Azərbaycanda hər hansı bir mövzunun işıqlandırılmasına, ictimailəşdirilməsinə qadağa yoxdur. Yəni, KİV-lərdə qanunlar çərçivəsində istənilən formada, istənilən mövzuda təbliğat aparmaq özgürlüyü var. Azərbaycan hökuməti də, aidiyyatı qurumlar da, cəmiyyət də həmin işıqlandırılmış materiallarla tanış ola bilər. Belə hallar da olur ki, mətbuatda gedən materiallar əsasında dövlət qurumları müvafiq araşdırmalar aparır və qeyd olunan problemlər həllini tapır. Bu isə müsbət haldır. Yəni, bütövlükdə insan haqları məsələsinin Azərbaycan mətbuatında işıqlandırılmasına hər hansı qadağa yoxdur. Ümumiyyətlə, Azərbaycanda nəinki insan haqları, digər məsələlərin də işıqlandırılmasına qarşı qadağalar tətbiq olunmur, dövlət senzurası mövcud deyil, eyni zamanda, dolayı yollarla senzuranın tətbiqi hallarına da rast gəlinmir. Bu baxımdan, KİV-lərin istənilən vaxt insan haqları mövzularını işıqlandırmasını müşahidə edə bilirik və burada heç bir ayrı-seçkiliyə rast gəlinmir.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədr müavini Eldar Orucov isə "Reytinq"ə açıqlamasında ölkəmizdə insanlara tanınan hüquq və azadlıqlardan söz açıb. E.Orucov bildirib ki, ölkədə hər bir vətəndaş üçün fikrini azad şəkildə ifadə etmək şəraiti var: "Azərbaycanda insanların hüquq və azadlıqları lazımi səviyyədə qorunur. Hər kəs öz hüququ bilməli və tələb etməlidir. Konstitusiyaya görə də, hüququnu bilməmək məsuliyyətdən azad etmir. Öz hüquqlarını bilmək həm də bizim vətəndaşlıq borcumuzdur. Belə olsa, vətəndaşlarımızı heç kəs aldada bilməz".
İnsan hüquqlarının qorunmasına dövlət tərəfindən nəzarət olunduğunu deyən sədr müavininin sözlərinə görə, hüququnu bilməyən insanlardan hüquqşünaslar, hakimlər, vəkillər istifadə edib öz maraqlarına uyğun hərəkət etməməlidir. Çünki bu, cinayət sayılır: "Onlar tam ədalətli və düzgün qərar verməli, qanunauyğun iş aparmalıdırlar. Təbii ki, dövlət və milli maraqlarımızı əsas götürərək öz fikrimizi bildir-mək də hüququmuzdur. Amma həm mediada, həm sosial şəbəkələrdə, həm də ictimai fəaliyyətimizdə çıxış edərkən dövlətçilik prinsiplərinə söykənməliyik".
E.Orucov hesab edir ki, bəzi beynəlxalq təşkilatlarda və xarici mətbuat orqanlarında obyektivlik prinsipi pozulur, Azərbaycanla bağlı məsələlərə qərəzli yanaşırlar: "Bəzi xarici mətbuat orqanlarında Azərbaycanda insan haqları və insan azadlıqlarının pozulmasından yazırlar. Bütün bunlar qərəzlidir və xarici mətbuatın Azərbaycana qarşı ikili siyasət yürütməsinin göstəricisidir. Ölkəmizi nüfuzdan salmaq üçün düşünülmüş və əvvəlcədən planlaşdırılmış bir siyasətdir. Amma xarici mətbuat Avropa ölkələrində baş verən xoşagəlməzlikləri işıqlandırmaq istəmir. Çünki bu, onlara sərf etmir. Guya ABŞ da və digər Avropa ölkələrində insan haqları pozulmur? Bu heç də belə deyil. Reallıq tam başqadır və hər şey göz qabağındadır. Ona görə də maskalanmaq lazım deyil".
E.Orucovun fikrincə, Azərbaycan mediasında insan haqları və onun qorunması mövzusu yüksək səviyyədə təbliğ olunur: "Bəzi xarici mətbuatda Azərbaycana qarşı qərəzli kampaniya aparılırsa, yerli media orqanları, ictimai-siyasi fəallar insan haqları mövzusunda milli və dövlətçilik maraqlarından çıxış etməlidir. Fikir və söz azadlığı o demək deyil ki, kimlərsə sənin daxili işinə qarışa bilər. Azərbaycanda söz və fikir azadlığı var, amma bundan sui-istifadəyə yol vermək olmaz. Hər halda, milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutmalıyıq".
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır