"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi 

img

20-03-2026 [00:00]


"Beşiktaş" klubu evində oynadığı matçda "Kasımpaşa"nı 2:1 hesabı ilə məğlub edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3 xalı qazanan "Beşiktaş" turnir cədvəlində 52 xalla 4-cü yerdədir.

"Kasımpaşa" klubu isə 24 xalla 15-ci yerə geriləyib.

"Beşiktaş"ın ilk qolunu 11-ci dəqiqə də Hyon-qyu Oh, 2-ci qolunu isə 45+2-də Orkun Kökçü vurub.

"Kasımapaşa"nın yeganə qolu isə 57-ci dəqiqədə penalti ilə Benedyczak tərəfindən vurulub.

Xatırladaq ki, milli fasilədən sonra "Beşiktaş" 5 apreldə "Fənərbağça" ilə səfərdə qarşılaşacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA