Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb - FƏRMAN

img

19-03-2026 [18:06]


Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 (bundan əvvəl 4 idi - red.) müavini var.

Qeyd edək ki, nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA