Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
18-03-2026 [12:20]
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.
Bu barədə Mia.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iclası Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev açaraq Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib, çıxışında Prezidentinin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin əhəmiyyətini də vurğulayıb.
Çıxış zamanı qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, onun müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sabitlik təmin olunub, Azərbaycanın inkişafı yeni mərhələyə qədəm qoyub.
Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu, həyata keçirilən genişmiqyaslı beynəlxalq əməkdaşlıq və regionda sabitlik və inkişafın təmin olunmasına yönəlmiş siyasətin əhəmiyyəti xüsusi vurğulanıb.
Eyni zamanda qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə sosial, humanitar və mədəni sahələrdə həyata keçirilən çoxşaxəli layihə və təşəbbüslər ölkəmizin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və beynəlxalq humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq hüquq tətbiqi təcrübəsində aktual olan bir sıra məsələlər müzakirə edilib. Müzakirələr zamanı cinayət və inzibati qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər, istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklər, eləcə də məhkəmə nəzarətinin həyata keçirilməsi prosesində yaranan problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Belə ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə müəyyən edilən və yol-nəqliyyat hadisəsi yerindən qaçmadan bəhs edən norma, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev ifadənin yerində yoxlanılması istintaq hərəkətinin sübutetmə prosesində əhəmiyyəti və bu istintaq hərəkətinin yerinə yetirilməsi zamanı qarşıya çıxan çətinliklər, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində korrupsiya xarakterli, lakin cinayət tərkibi yaratmayan əməllər üçün dəqiq normalar və sanksiyaların təsbit edilməsinə dair məsələlər, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov məhkəmə nəzarətinin həyata keçirilməsi prosesində ortaya çıxan problemlər barədə çıxış edib.
Qeyd olunanlardan əlavə, iclasda cinayət təqibi sahəsində mövcud problemlərin elmi və praktiki baxımdan araşdırılmasına həsr olunmuş "Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı aparılan cinayət təqibinin xüsusiyyətləri və mövcud problemlər" və "Cinayət təqibi üzrə icraatın dayandırılmasının aktual problemləri" adlı metodik vəsaitlər təqdim olunub, Şura üzvləri tərəfindən həmin vəsaitlərin hüquqtətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi və hüquq mühafizə orqanlarının fəaliyyətində praktiki əhəmiyyət daşıdığı vurğulanıb.
İclas çərçivəsində gündəlikdə duran digər aktual məsələlər üzrə də fikir mübadiləsi aparılıb, Şura üzvləri tərəfindən bir sıra təkliflər irəli sürülüb.
İclasın sonunda Elmi-Məsləhət Şurasının sədri yekun nitqi ilə çıxış edərək aparılmış müzakirələrin hüquq sisteminin inkişafına və qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb