"Qalatasaray"ın müdafiəçisi Singo İngiltərə nəhənglərinin radarındadır

img

18-03-2026 [09:43]


"Qalatasaray"ın müdafiəçisi Wilfried Singo İngiltərə nəhənglərinin radarına düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Liverpul" ilə oyunda "Arsenal", "Mançester Yunayted" və "Aston Villa" klublarının rəsmi nümayəndələri tribunada olacaqlar.

Məlumata görə, Sinqonun Avropa arenasında nümayiş etdirdiyi stabil oyun onun Premyer Liqaya keçid ehtimalını xeyli gücləndirib.

Xatırladaq ki, mövsümün əvvəlində "Qalatasaray", Singonu 30 milyon avroya "Monako" klubundan transfer etmişdi.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA