İran İsrailə roket hücumu başladıb

img

18-03-2026 [12:13]


İranın ardıcıl cavab hücumları səbəbindən İsrailin paytaxtı Təl-Əvivdə yenidən alarm səsləri eşidilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu raketlərin İrandan atıldığını və hava hücumundan müdafiə sistemlərinin onları vurmağa çalışdığını bildirib.

İranın cavabından sonra İsrailin mərkəzində, xüsusən də paytaxt Təl-Əvivdə alarm səsləri eşidilib.

Bildirilib ki, Təl-Əviv səmasında çoxsaylı döyüş başlığı daşıyan ən azı bir raket görünüb və güclü partlayışlar eşidilib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA