Gözdən əlil qadın 18 ildir növbədədir, amma... - Agentlik niyə susur?
10-03-2026 [12:52]
2-ci qrup gözdən əlil 18 ildir haqqı olduğu mənzili gözləsə də, Sosial Xidmətlər Agentliyi onu bu haqqından məhrum edib...
Poliqon xəbər verir ki, 2-ci qrup gözdən əlil olan Sabail rayonu sakini Niftaliyeva Sevil Həsən qızı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Şikayətçi müraciətində bildirib ki, gözdən əlil kimi 18 ildir mənzil növbəsində olsa da, hələ də mənzillə təmin olunmayıb. Halbuki ondan sonra növbədə olanların demək olar ki, hamısı Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin olunublar.
Belə ki, Sevil Niftalıyeva 03 dekabr 2007-ci il tarixdən etibarən mənzil növbəsində dursa da, müvafiq qərara uyğun olaraq birotaqlı mənzillə təmin olunmayıb. Agentlikdən aldığı və İdarə Heyətinin sədrinin müavini Faiq Ağayevin imzaladığı son məktubda isə bildirilir ki, Agentliyin tabeleyində bir otaqlı mənzil olmadığına görə, gözdən əlil qanunvericiliyə uyğun qaydada mənzillə təmin olunmayıb və bir otaqlı mənzil olan kimi əlil mənzillə təmin olunacaq.
Qeyd edək ki, 18 il müddətində Sosial Xidmətlər Agentliyinin tabeleyində bir otaqlı mənzilin olmaması heç də inandırıcı görünmür. Elə dövrü mətbuata nəzər salsaq, görərik ki, bir otaqlı mənzillər bir çox gözdən əlillərə verilib. Amma nə sirrdisə, Agentlik 18 il müddətində Sevil Niftalıyevanı mənzillə təmin etməyib. Demək ki, Agentlik bir otaqlı mənzilin olmaması ilə bağlı gətirdiyi səbəb heç də inandırıcı deyil. Əslində bu, “get ay batandan sonra gəl” anlamında verilən bir cavabdır və bu cavabın hansı məqsəd güddüyü də sual doğurur.
“Cənab prezident!
Artıq 18 ildən çox vaxt keçməsinə baxmayaraq, mənzil problemi həllini tapmamışdır. Mənə bildirilir ki, birotaqlı mənzil mövcud deyil. Halbuki mən uçuq və yaşayış üçün yararsız vəziyyətdə olan evdə yaşamağa məcburam. Sağlamlıq vəziyyətim nəzərə alınarsa, bu şərait mənim üçün həm təhlükəli, həm də ağırdır.
Hesab edirəm ki, dövlət tərəfindən qəbul olunmuş qərarın icrası gecikdirilməməlidir. Əgər birotaqlı mənzil faktiki olaraq mövcud deyilsə, mənim hüququm təmin edilərək ikiotaqlı mənzillə əvəz olunması məsələsinə baxılması məqsədəuyğun olar. Çünki əsas məsələ mənzil sahəsinin ölçüsü deyil, yaşayış hüququmun təmin edilməsidir”, deyə Sevil Niftalıyevanın Prezidentə ünvanladığı müraciətində vurğulanır.
Qeyd edək ki, şikayət əsasında redaksiyamız hüquqşünasla məsləhətləşmələr aparıb. Hüquqşünasın bildirdiyinə görə, gözdən əlilllərin evlə təmin olunması 3 il müddətində həyata keçirilməlidir və bu qanunvericiliyin tələbidir. Bu müddət ötdükdən sonra əlil növbədənkənar evlə təmin olunmalıdır. Həmçinin hüquqşünas onu da vurğulayıb ki, qanunvericiliyin tələblərinə görə, bir otaqlı mənzilin olmadığı halda, əlil iki otaqlı mənzillə təmin olunmalıdır.
Xatırladaq ki, Sevil Niftalıyeva hazırda bacısın evinə sığınıb. Bundan əvvəl isə qızına aid olan yaşayış üçün yararsız vəziyyətdə olan evdə yaşamağa məcbur olub. Şikayətçi onu da qeyd edir ki, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları qızının evinə baxış keçiriblər və həmin mənzildə yaşayış şəraitinin olmadığını təsdiqləyiblər. Bundan sonra isə gözdən əlil olan yaşlı qadın bacısına sığınmağa məcbur olub. Lakin bacısın evində də sakin çoxluğu ilə bağlı yaşam şəraiti çox ağırdır. Şikayətçinin həyat yoldaşı yoxdur və hazırda işsiz olan bir qızı var.
Dözülməz şəraitdə yaşadığını bildirən Sevil Niftalıyeva əlilliyi olan bir vətəndaş kimi Konstitusiya ilə qorunan sosial müdafiə hüququnun təmin olunmasını istəyir.
“Möhtərəm prezidentimiz! Mən uzun illərdir səbir və ümidlə gözləyirəm. Əlilliyi olan bir vətəndaş kimi Konstitusiya ilə qorunan sosial müdafiə hüququmun təmin olunmasını Sizdən xahiş edirəm.
Sizdən xahiş edirəm ki, məsələ obyektiv araşdırılsın və mənzil təminatı ilə bağlı qəbul olunmuş qərarın icrası təmin edilsin”, deyə Sevil Niftalıyeva Prezidentə müraciətində yazır.
Qeyd edək ki, Sevil Niftalıyevanın şikayəti əsasında Poliqon martın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə sorğu ilə müraciət edib. Aradan kifayət qədər vaxt keçməsinə baxmayaraq, sorğumuza cavab ala bilməmişik.
Xatırladaq ki, Azərbaycan Respublikasının “İnzibati Məcəllə”sinə və “Media haqqında” qanuna görə media resursunun sorğusunun cavablandırılmaması inzibati məsuliyyət yaradır.
Sosial Xidmətlər Agentliyinin sorğumuzu cavablandırmaması isə onu deməyə əsas verir ki, ya Agentliyin ictimaiyyətlə əlaqələrlə bağlı fəaliyyətində ciddi qüsur və saymamaqzlıq var, ya da Agentliyin gözdən əlilin iddiaları ilə bağlı deməyə sözü yoxdur.
Bütün hallarda ümid edirik ki, Sosial Xidmətlər Agentliyi öz vəzifələrinə məsuliyyətlə yanaşacaq və bir əlilin 18 il müddətində hansı səbəbdən mənzillə təmin olunmamasına normal və inandırıcı şəkildə açıqlıq gətirəcək.
"Fitch" İranla bağlı proqnoz verib
Daha bir amerikalı hərbçi həlak oldu
"HABER GLOBAL"IN RƏHBƏRİ İRAN RƏHBƏRLİYİNƏ "ÇAQQAL" DEDİ - FOTO
Ülviyyə Axundova yeni vəzifəyə təyinat aldı
"Zülfiyyə xanım icazə vermədi, eybi yox" - VİDEO
"Elmin" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama
"Google"u 11,4 milyon cərimələndi - Rusiyada
İran hökuməti: "Həlak olanlar arasında 206 qadın və uşaq var"
Pensiyalarla bağlı açıqlama yayıldı
"AZƏRİŞIQ" QANUNU POZUB: bir ayı gözləmədən işıq kəsmək və... - "RƏY HOQQABAZLIĞI" DA RƏSMƏN ARAŞDIRILIR
Qələmşah Qədimov 20 kq narkotiklə saxlanıldı
AAYDA və tabeli qurumlarda maaş böhranı yaşanır - "Fevralın maaşı hələ də ödənilməyib!"
“BİZİ BURA KİNOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək AHİK-in tədbirini tərk edib + FOTOLAR
ADSEA-nın tabeliyindəki qurumda yoxlama başlayıb
Prezident daha üç qanuna dəyişikliyi təsdiqlədi
DAHA BİR DÖVLƏT QURUMU AAYDA-da YOXLAMA APARIR
Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Sabah hava necə olacaq? - Proqnoz
Tramp: "5 iranlı idmançıya sığınacaq verildi"
Müşfiq Abbasov azadlığa çıxıb
Əli Əsədov yeni qərar imzalayıb
Dövlət Məşğulluq Agentliyində kadr dəyişikliyi olub
İrandan indiyədək Azərbaycana 2 097 nəfər təxliyə olunub
"Trabzonspor"un baş məşqçisi: "Ən vacib şey qalib gəlmək idi"
Baş nazir deputatlara hesabat verəcək
Cəbrayıl komandasına yeni baş məşqçi təyin edildi
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Qəzzada daha bir jurnalist həlak olub
Şəkidə qadın dəm qazndan ölüb
Prezident tapşırıq verdi, İrana yardım göndərildi - VİDEO
"Sayğaclara texniki baxış, oxunma, pul yığımı, sızma və fasiləsiz iş rejimi... - "Azəriqaz"da "qul əməyi" sistemi var
"MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB..." - Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi
"İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq" - ABŞ Müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Almaniya XİN başçısı Ceyhun Bayramova zəng edib
İran raket Türkiyə səmasında vurulub
Putin İranın yen ali rəhbərini belə təbrik etdi: "Əminəm ki, Siz atanızın işini şərəflə davam etdirəcək və..."
58 mindən çox şagird buraxılış imtahanı verdi: 9 nəfərdə telefon aşkarlandı... - Cavablar nə vaxt elan ediləcək? (YENİLƏNİB)
Sabah yağış və qar yağacaq
Naxçıvana birbaşa uçuşlar bərpa olunub
Türkiyədə zəlzələ olub
Polis 4 nəfəri 43 kq narkotiklə saxlanılıb