"Azəriqaz"ın işçilərinin maaşı yubanıb: "Bu eksperimentdir, yoxsa...."

img

10-03-2026 [11:29]


"Martın 10-dur və maaş hələ də hesabımıza düşməyib. Hə, ay"Azəriqaz" rəhbərliyi, siz “düzgünlük və ədalət” prinsiplərindən danışırdınız, yoxsa bu prinsiplər yalnız “motivasiya nitqləri üçün” nəzərdə tutulub?". Maaşı SOCAR portalına yükləyirsiniz, amma işçilərin hesabına vaxtında çatmır. Bəlkə hər gecikdirilən gün üçün bankdan faiz də alırsınız, biz xəbərsizik?".

Mia.az xəbər verir ki, bu sözləri Daşqın Abbasov "Feysbuk-dakı hesabında yazıb.

O, daha sonra paylaşımında qeyd edib: "Xahiş edirəm, bir də düşünün: işçilərin banka borcu var, xəstəsi var, ailəsi var… Yoxsa əmək müqaviləsində maaşı ayın 15-də vermək şərti qoymusunuz ki, işçi hüquqi cəhətdən heç nə edə bilməsin? Budur sizin “ədalət prinsipi”.

Gələcəkdə maaş gecikmələrinə “psixoloji stres paketi” və “səbirsizlik bonusu” da əlavə edəcəksiniz, yoxsa bu da ayrı bir innovativ xidmət olacaq? Axı işçilərin səbr səviyyəsi də bir sərmayədir. Və təbii ki, növbəti dəfə maaş gecikəndə səbəb “texniki problem” deyil, yeni “Azəriqaz maliyyə strategiyası” olacaq. Ola bilsin ki, gecikən günlər üçün “rekord gecikmə sertifikatı” da təqdim olunsun. 

Sonda, hörmətli rəhbərlik, bir sual: bu gecikmələr işçilərin həyatını idarə etməyə yönəldilmiş bir “təlim proqramı”dır, yoxsa sadəcə gündəlik maliyyə idarəetmə bacarıqlarınızı sınamaq üçün bir eksperiment? Çünki hər gecikmə ilə biz daha çevik, səbirli və strategiya yönümlü oluruq…

Amma bir az da “maaş reallığı” var ki, onu gözardı etmək olmur".

E.ARAZ

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA