Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi - FOTO
06-03-2026 [11:31]
İqtisadiyyat Nazirliyində “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum təşkil olunub.
Mia.az xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər və iş adamları iştirak ediblər.
Forumda “OBA Market” MMC “Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən” nominasiyası üzrə təltif olunub. Təltifnaməni “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və maliyyə naziri Samir Şərifov təqdim ediblər.
"OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bildirib ki, bu cür təltiflər məşğulluğa dəstək istiqamətində atılan addımların daha da stimullaşdırılmasına xidmət edir və bu sahəyə verilən töhfənin belə yüksək qiymətləndirilməsi qürur hissi yaradır.
Məşğulluğa dəstək, kadrların inkişafı, xüsusilə də regionlarda bu sahədə irəliləyişin təmin olunması “OBA” marketlər şəbəkəsi üçün prioritet istiqamətlərdən hesab olunur. 2025-ci ildə “OBA” olaraq iki mindən çox insan müxtəlif vəzifələr üzrə işlə təmin olunub və onların karyera inkişafına dəstək göstərilib. Bu isə şirkətin məşğulluğun artırılmasına və insan kapitalının inkişafına verdiyi töhfənin bariz nümunəsidir.
“OBA” yalnız yeni iş yerləri yaratmaqla kifayətlənmir, eyni zamanda əməkdaşların davamlı inkişafını dəstəkləyən təlim proqramları, daxili karyera imkanları və motivasiyaedici iş mühiti formalaşdırır. Bu yanaşma sayəsində əməkdaşların potensialının üzə çıxarılması, onların uzunmüddətli karyera qurmasına şərait yaradılması və ümumilikdə ölkədə məşğulluğun inkişafına töhfə verilməsi əsas prioritetlərdən biri olaraq qalır.
“OBA” marketlər şəbəkəsi ölkə üzrə geniş mağaza infrastrukturu ilə minlərlə insanın məşğulluq imkanlarının yaradılmasına və regionlarda iş yerlərinin artırılmasına davamlı töhfə verir. Şirkət fəaliyyətə başladığı gündən etibarən yerli məşğulluğun dəstəklənməsi, gənclərin iş həyatına cəlb olunması və sosial məsuliyyət prinsiplərinə uyğun fəaliyyət istiqamətini prioritet olaraq müəyyən edib.
Bu mükafat “OBA” marketlər şəbəkəsinin ölkə iqtisadiyyatına verdiyi töhfənin və məşğulluğun artırılması istiqamətində gördüyü işlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.
Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi ötən il də məşğulluğun inkişafına verdiyi töhfəyə görə eyni mükafata layiq görülmüşdü.

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub