ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb

img

04-03-2026 [13:59]


ABŞ Şri-Lanka sahillərində sualtı qayıqdan açılan atəşlə İran freqatı batırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, vurulan İranın "İRİS DENA" adlı freqatında ən azı 101 nəfər itkin düşüb, 78 nəfər isə yaralanıb.

Yerli mənbələr gəminin ölkənin cənubundakı Qalle sahillərində hücuma məruz qaldığını təsdiqləyib: "Xilas edilən yaralılar Qalledəki xəstəxanaya aparılıblar".

Hücumla bağlı hələlik ətraflı məlumat verilməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA