İran XİN başçısından mühim mesajlar: "ABŞ-la danışıqlarda böyük irəliləyiş əldə edilib, lakin..."

img

27-02-2026 [00:23]


"ABŞ ilə danışıqlarda irəliləyiş əldə olunubi, bəzi məsələlərdə razılığa gəlməyə yaxınıq, lakin bəzi prinsipial məsələlərdə fikir ayrılıqları qalır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakçi Cenevrədəki bu gün ABŞ-la  danışıqlara münasibətdə deyib.

Arakçi İran dövlət televiziyasına müsahibəsində deyib ki, bu danışıqlar mərhələsində çox ciddi məsələlərin müzakirə olunub: "Deyə bilərəm ki, bu gün ən ciddi və ən uzun danışıqlarımızdan biri keçirldi. Görüş səhər təxminən dörd saat, axşam isə iki saat davam edib. Ümumiyyətlə, bu uzun və çox gərgin saatlarda yaxşı irəliləyiş əldə olunub. Həm nüvə, həm də sanksiyalar sahəsində razılaşmada yeni mərhələyə keçid etdik. Bəzi məsələlərdə razılığa çox yaxınlaşdıq. Əlbəttə, təbii ki, hələ də fikir ayrılıqları var, lakin hər iki tərəf əvvəlki ilə müqayisədə danışıqlar yolu ilə həll yoluna çatmaq üçün daha ciddi yanaşma nümayiş etdirir".

XİN başçısı bazar ertəsi günündən etibarən Vyanada texniki səviyyəli danışıqlar olacağını təsdiqləyib: "Daha sonra isə, böyük ehtimalla, həftəiçi heyətlər yenidən bir araya gələcək"

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA