Kartel lideri öldürüldü, ölkə qarışdı - Amerikalı turistlər hava limanında girov götürüldü (FOTOLAR)

img

23-02-2026 [00:05]


Meksikanın Xalisko ştatının paytaxtı Qvadalaxarada ölkənin ən böyük cinayətkar kartelinin lideri, başına 10 milyon dollar qoyulmuş El Mençonun öldürülməsindən sonra ölkə xaosa sürüklənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, kartel üzvləri ştatın müxtəlif yerlərində nəqliyyat vasitələrini və dövlət obyekllərini oda veriblər, yolları bağlayıblar.

Məlumata görə, bununla kifayətlənməyən cinayətklar dəstə üzvləri və tərəfdarları təhlükəsizlik qüvvələri ilə atışmaya başlayıblar: "Dəstə üzvləri qısa zamanda Qvadalaxarada hava limanına basqın edərək, oranib ələ keçirib, içəridəkiləri girov götürülüblər. Girov alınanlar arasında amerikalı turistlər də var. Dəstə üzvləri onları xüsusi müşahidə altında gizli yerə aparıblar..."

Məlumatada deyilir ki, artıq əyalətdə həyat iflic olub, ictimai nəqliyyat xidmətləri dayandırılıb.

Xatırladaq ki, ölkənin ən böyük cinayətkar təşkilatlarından biri olan "Xalisko Yeni Nəsil Karteli"nə (CJNG) böyük zərbə vurulub. CJNG lideri və dünyanın ən çox axtarılan narkotik qaçaqmalçılarından biri olan "El Menço" ləqəbli Nemesio Oseguera hərbi əməliyyatda öldürülüb.

Meksika mediası El Mençonun Xalisko ştatının Tapalpa şəhərində keçirilən əməliyyatda zərərsizləşdirildiyini yazıb.

Əyalət qubernatoru Pablo Lemus Navarro əhaliyə səslənib və onları zəruri ehtiyac olmadıqca evdən çıxmamağa çağırıb: "Vəziyyət nəzarət altına alınana qədər evdə qalın!".

Samir MUSAYEV

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:07 22.02.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA