İsrail F-35-lərin gücünü artırdı - Əlavə yanacaq çəni və raketlər quraşdırıldı

img

17-02-2026 [23:49]


Yaxın Şərqdə gərginliyin davam etdiyi bir ərəfədə İsrail ABŞ-dan aldığı F-35İ qırıcı təyyarələrinin modifikasiyasını həyata keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yanacaq çənləri və raket tutumu əlavə etməklə F-35I qırıcı təyyarələrinin uçuş məsafəsini və əməliyyat gücü artırılıb.

İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter bu faktı təsdiqləyib: "Ölkəmizin regional gərginlik və İranla davam edən danışıqlar fonunda F-35I qırıcı təyyarələrinin uçuş məsafəsini və sursat yükünü genişləndirməsi ümhim addım oldu. Artıq reaktiv təyyarələrə əlavə yanacaq çənləri quraşdırılıb, qanadlara dörd artıq raket əlavə edilib. Bu təyyarənin döyüç imkanlarını artırıb".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA