Türkiyədə 6 partiya birləşir - Davudoğlu "üçüncü yola ehtiyacı var" deyir

img

12-02-2026 [17:46]


Türkiyədə 6 partiya bir ittifaq çətiri altında birləşir

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Saadet, DEVA, Gələcək, Yeniden Refah, İYİ və Anahtar partiyaları qarşıdakı seçkidə vahid siyasət üzrə meydana atılacaq.

Bu barədə açıqlama verən ittifaq üzvü - Gələcək Partiyasının lideri, sabiq Baş nazir Əhməd Davudoğlu yeni altı partiyalı ittifaqına ölkədəki mövcud gərgin siyasi mühitdə mütləq ehtiyac duyulduğunu iddia edib: "Dünyada və öləmizdə baş verənləri təhlil etdikdə, ölkəmizdə belə bir ittifaqa - üçüncü yola həyati əhəmiyətli böyük ehtiyac yaranıb. İnanıram ki, bu ittifaq danışıqları tezliklə uğurla başa çatacaq. Bəli, Türkiyənin üçüncü yola ehtiyacı var...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA