Qurban Qurbanov ağdamlılarla qohum olub - Özəl xəbər + FOTOLAR

img

12-02-2026 [08:22]


“Qarabağ” Futbol Klubunun (FK) baş məşqçisi Qurban Qurbanovun evində daha bir xeyir iş olub. Baş məşqçi böyük qızı Zəhranı gəlin köçürüb. “Neolit” restoranında baş tutan məclis qız toyu və xınadan ibarət olub.

Toydan maraqlı detalları aşağıda təqdim edəcəyik.

Yeri gəlmişkən, Qurbanovun oğlu Musa da təzəlikcə evlənib və onun da toyu adıçəkilən restoranda olub.

Musa “Qoç Ət” restoranlar şəbəkəsinin sahibi, əslən Laçından olan iş adamı və xeyriyyəçi Sənan Təhməzovun kürəkənidi.

Mia.az xəbər verir ki, toydan maraqlı görüntülər sosial şəbəkələrə düşüb və çox səmimi atmosfer yaradıb.

Stilist Jalə Əsədzadənin (@jale_esedzade- Z.M.) təqdimatında baş məşqçi Qurbanov ailə üzvləri ilə görüntülənib. Həmin görüntülərdən ailənin bütün üzvlərinin səmimi av-havası və xoşbəxtliyi hiss olunur.

Xatırladaq ki, Qurbanovun evində Sara adlı daha bir qız da böyüyür.

Maraqlıdı ki, vaxtilə “Qarabağ”ın premyer liqa çempionluğunu qeyd etdiyi tədbirdə də Qurbanov ailə üzvləriylə birgə görüntülənmişdi.

Yeri gəlmişkən, Zəhranın ailə qurduğu Samir adlı şəxsin əsil-nəslinin Ağdamın Seyidli kəndindən olduğu da qeyd edilir.

Bütün dini ehkamlara rəğmən, Musa kimi Zəhranın da toyu qışın ortasında baharı yaşamağın tam mənada təcəssümü olub. Məclisin qırmızı rəngli dekor fonu atəşli sevginin əsrarəngiz anlamının işarəsinə çevrilib.

Adətən, dindar şəxslərin məclislərinin qapalı və əyləncədən kənar, musiqinin qadağan edildiyi və hətta milli adət-ənənələrin belə əməl olunmadığı bir tərtibata bənzədiyi məlum olsa da, Qurbanovlar ailəsi artıq ikinci dəfədi, bu streotiplərin fövqündə dayanmağı bacararaq, dini dəyərlərlə sevgiyə söykənən həyəcanlı əyləncənin ortaq məxrəcini yarada bilir. Bunu bacarmaq əslində olduqca cəsarətli və zərif davranışdı. 

Məsələn, məclisdə müsiqiyə və əyləncəyə yer verilməsi, qonaqların arasında açıq libaslı xanımların rahatlığı, gəlinin milli adətlərə uyğun xına mərasimi bir-birini həmahəng tamamlayıb və iki fərqli dünyanı rəngarəng şəkildə qovuşdurub.

Zəhra məslisdə iki gəlinlik geyinib. Onun xonçalarının arasında bir sıra bahalı brendlər, o cümlədən, “Fendi”, “La Mer”, “nYc”, “YSL” gözə dəyib. Xonçaları “Royal Wrap Baku” hazırlayıb, foto və video qrupa Həmid Həmidli rəhbərlik edib. Məclisin konsepti, ArtDekor çəkilişi Zeynal Məmmədliyə məxsus olub. Zəhra hündürboylu olduğuyçün gəlin ayaqqabısını hündürdaban seçməyib. Ailənin yeni gəlini Əsmər Qurbanlı da şık geyimiylə fərqlənib.

Qurbanov qızının alnından öpərək, “Sən mənim ürəyimsən”, deyə ona xeyir-dua verib.

Yeri gəlmişkən, Zəhra Qurbanlı ali təhsilli psixoloqdu. Mia.az daha bir eksklüzivi oxucuların diqqətinə çatdıraraq bildirir ki, Zəhra 2023-cü ilin martında Ankara Medipol Universitetinin psixologiya ixtisasına qəbul olunub və müfəffəqiyyətlə bitirərək psixoloq ixtisasına yiyələnib. Buna qədər Zəhra “StarColleges” kurslarının məzunu olub və həmin xəttlə Türkiyədə uğurla təhsilə başlayıb.

Nə deyək belə xoş gün üçün? Oğul övladları valideynin qolu-qanadı, qızlar ocağın sahibidi, - eşitmişik binayi-qədimdən. Qoy, qızlar həmişə xoşbəxt olsun, istəyirəm.

Mübarəkdi, Qurban hoca! Subaylara qismət, inşaallah!

Zülfiyyə Mustafayeva

Mia.az

img img img img img img img img img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA