XİDMƏTİN SƏDR ƏVƏZİ 28 YAŞLI QAYNINA YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO
09-02-2026 [13:28]
Traybalizmin (qohum hakimiyyəti -Mia.az) hökm sürdüyü Dövlət Su Ehtiyatları Agentliyində növbəti belə hal üzə çıxıb.
Mia.az-ın əldə etdiyi məlumata görə, qudalarından biri - Əsəd Şirinovu özünə müşavir, digəri Fuad Quliyevi isə aparat rəhbəri təyin edən Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun qurumun tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (keçmiş "Azərsu" ASC) sədr vəzifəsinin icraçısı təyin etdiyi Tahir Xəlilov da ondan geri qalmayıb.
Mia.az-ın əldə etdiyi məlumata görə, Tahir Xəlilov sədr vəzifəsinin icraçısı təyin olunandan az sonra xeyli qohumlarını bu sahədə işlə təmin edib: "Sədr əvəzinin ən unikal kadr təyinatı isə qaynı Ramil Abdurahmanovla bağlı olub. Tahir Xəlilov 28 yaşlı qaynı Ramili Gəncə Şəhər Sukanal İdarəsinə rəis müavini təyin edib. Bu, o Ramildir ki, təyinata qədər bir gün belə su sistemində işləməyib...
Əlbəttə, kasıb, himayəsiz, arxasızlar, lakin savadlı gənclərə gələndə, imtahan, bir neçə illi təcrübə-filan o qədər bəhanə gətirilir. Bəs Ramil necə oldu ki, birdən-birə ölkənin ikinci böyük şəhərində strateji bir qurumun ikinci şəxsi olub? Hansı mütərəqqi imza sahibidir?..."
Məlumatda deyilir ki, Gəncə Şəhər Sukanal İdarəsində illərini vermiş peşəkar kadrlar hazırda belə naşı, təcrübəsiz, lakin ədalı adamların əlində gicələk qalıblar: "Tahir Xəlilov isə qaynını yüksək vəzifəyə oturtmaqla yetmir, hətta onun xidmətinə dövlətin "CİP Pajero" markalı maşınını da verib.
Tahir Xəlilovun bununla yanaşı, dayısı və digər qohumlarını haralara yerləşdirməsini də araşdırmaq gərək deyilmi? Nədir, bu da özünü Zaur Mikayılovla müqayisə edir?!...".
Məlumat üçün bildirək ki, ADSEA-da qohumları vəzifəyə qoymaq artıq ənənə halını alıb.
Onu da qeyd edək ki, Agentlikdə dolaşan söz-söhbətə görə, Tahir Xəlilovu tezliklə tender ustası olan “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Orxan İmanlı əvəzləyəcək.
Mövzuya qayıdacağıq
Samir MUSAYEV
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər