İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR

img

07-02-2026 [18:36]


Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və AzTV-nin aparıcısı Alidə Mustafayevanın boşanması barədə məlumatlar yayılıb. 

Mia.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, tanınmış teleaparıcının ardından icra başçısı da ayrılıq xəbərini dolayısı ilə təkzib edib.

S.Orucov məsələ ilə bağlı hər hansı açıqlama yaymayıb, lakin sosial media paylaşımları ilə aparıcı ilə ayrılmadığını əyani nümayiş etdirib.

O, Alidə Mustafayevanın AzTV-də aparıcısı olduğu xəbər proqramından kəsilmiş kadrları öz sosial media səhifəsində yayımlayıb.

İcra başçısı gün ərzində bir neçə dəfə belə paylaşım edib. 

Xatırladaq ki, Alidə Mustafayeva KİV-ə açıqlamasında məlumatların əsassız olduğunu bildirib.

Onu da qeyd edək ki, icra başçısı Həmkarlar Konfedereasiyasının sabiq rəhbri Səttar Möhbalıyevin yaxın qohumudur.

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA