Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb

img

07-02-2026 [15:23]


Şəmkirdə 69 yaşlı qadın öldürülüb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıblar.

Bildirilib ki, ötən ilin dekabrın 23-də Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Mahmudova Solmaz Dadaş qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə S.Mahmudovanın 1996-cı il təvəllüdlü Həmidli Arzu Mahir oğlu tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Arzu Həmidli şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA