Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
05-02-2026 [09:10]
Bilgəh qəsəbəsində obyektlərinin qanunsuz sökülməsindən şikayət edən sabiq deputat Qalib Salahzadə Ajans.az-ın baş redaktoru Tural Müseyibovun suallarını cavablandırıb.
Mia.az xəbər verir ki, Qalib Salahzadə bu işdə əsas etibarilə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevi günahlandırıb.
O, həmçinin tanınmış iş adamı Qod Nisanovun da bu işin arxasında olduğunu deyib.
Qalib Salahzadə bildirib ki, Bilgəh qəsəbəsində dənizkənarında olan obyektlərin hamısının sənədi var:
“Bu obyektlər 20-30 ildir fəaliyyət göstərir. Bilgəhlilər buradan evinə pul aparır. Mən bu obyektləri rəsmi ödəniş edib almışam. Bu obyektlərin hamısında Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin gözü var. Bu okyektlər elə yerdə yerləşir ki, bura Bilgəhin ən gözəl yerləridir.
Adil Vəliyev bu söküntü işlərini də xüsusi zaman seçib həyata keçirir. Heç bir xəbərdarlıq etmədən 1 saatın içində gəlib söküb gediblər. Obyektləri fəaliyyət göstərə-göstərə söküblər. Elementar xəbərdarlıq belə etməyiblər. Biliblər ki, xəbərdarlıq etsələr mən mətbuata, lazımi orqanlara müraciət edəcəm. Qəsdən xəbərdarlıqsız gəlib söküblər. İndi mənə zəng edib xahiş edirlər ki, Adil Vəliyev deyir ki, bu işin səbəbkarı o deyil. Müəyyən adamların adını çəkir ki, onlar sökür, mən yox. Qəsdən belə deyir ki, mən o adamların adını çəkim o şəxslər də məndən incik düşsün. Adil Vəliyev deyir ki, guya bu obyektlər hörmətli bir şəxsin bağının qarşısını kəsir. 20-30 ildir bağın qarşısını kəsmirdi indi kəsir? Mən hərrac yolu ilə “Şəbəkə” restoranını almışam. Necə olur ki, qanuni sənədləri ola-ola mənim obyeklərimi sökürlər. Mən axı pul ödəniş etmişəm”. Sitatın sonu.
Mənim obyektlərimin sökülməsi prosesinin arxasında Qod Nisanov və başqaları dayanır.
Qalib Salahzadə deyir ki, dünən axşam saat 9-da icra hakimiyyətindən ona zəng ediblər ki, bu Adil Vəliyevin işi deyil. Sitat: “Adlar çəkirlər. İstəyirlər məni o adamlarla pis eləsinlər. Mənim 73 yaşım var. Mən heç kimə ərizə yazan deyiləm. Mən sözümü deyirəm mətbuata. Bilənlər bilsin və tədbir görsünlər. Sadəcə Bilgəhliləri narazı salmaq lazım deyil. Bəli mən bilirəm bu söhbətin arxasında kimlər var. Qod Nisanovun qurma adamı var adı da Həsənov Yalçın Hidayət oğludur. Onu bura qoyublar. Bu işdə Qod Nisanov da var başqa adamlar da var. Mən sizi tanımıram amma deyirəm hamısını. Mən heç kimdən də narahat deyiləm. Qod Nisanovun nümayəndələri mənə zəng ediblər ki, Bakıda bizim 4000 adamımız var. Mən də dedim ki, bura Rusiya deyil. Bura Azərbaycandır. Mən də Cənab Prezidentimə sadiq adamam. Mən köhnə ata-baba qaydası ilə danışan adamam. Adil Vəliyev mənim 80 sot hasarlı həyətimi Sabunçu İcra Hakimiyyəti müavinlərinə həvalə edib ki, verirəm sizə. Belə haqsızlıqlar var. Allah onların cəzasını verəcək. Mən Heydər Əliyevin çörəyini yeyirəm. Mən dövlətimə bağlı adamam.”
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK