Sumqayıt İH-də dəyişiklik olub

img

04-02-2026 [10:53]


Sumqayıt Şəhər İcra Hakimiyyətinin (İH) iki əməkdaşı vəzifəsindən azad olunub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyətində aparılan struktur dəyişikliyi nəticəsində İH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi ləğv edilib, nəticədə qurumun baş məsləhətçisi Rəhimdil Əhmədov postunu itirib.

Həmçinin qurumda aparılan struktur və kadr islahatları nəticəsində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsi də ixtisar olunub.

Həmin vəzifədə uzun müddət çalışan Sevindik Əzimov da işdən azad edilib.

Hər iki şəxsin yeni vəzifəyə təyin edilib-edilmədiyi məlum deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA