İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü

img

04-02-2026 [10:30]


İsrail Qəzza Zolağını bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Qeyd edilib ki, Qəzza şəhərinin şərqi və Xan Yunisin cənubuna artilleriya hücumları nəticəsində azı doqquz fələstinli həlak olub, bir çoxu yaralanıb: "Qəzza şəhərinin şərqindəki Zeytun və Tuffah məhəllələrində çadırlar və evlərin vurulması  nəticəsində bir uşaq olmaqla beş fələstinli həlak olub, xeyli yaralılar var.  Xan Yunisin cənubundakı Kizan Raşvan ərazisindəki köçkünlərn çadırının vurulması nəticəsində isə dörd nəfər ölüb. Burada da xeyli insan yaralanaıb, onlardan bəzilərinin vəziyyətləri ağırdır"

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA