Qurban Qurbanov: “90 dəqiqə stadionda məyus dururam” - MÜSAHİBƏ (VİDEO)
04-02-2026 [08:50]
Qurban Qurbanov: “90 dəqiqə stadionda məyus dururam”
UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirak hüququ qazanan “Qarabağ” Futbol Kubunun (FK) nailiyyətini Premyer Liqa klubları səmimiyyətlə qarşılayaraq təbrik edib.
Mia.az xəbər verir ki, bəzi klublar bunu etməyib.
Qeyd edək ki, Ağdam klubunun avroliqa oyunlarında qazandığı uğurlardan bizim bütün premyer liqa komandaları faydalanır: UEFA tərəfindən bu xüsusda ayrılan dəstək və həmrəylik məqsədi daşıyan pul vəsaiti gələn il onların hesabına köçürüləcək. Bu təxminən 1.5 milyon manata yaxın puldu.
Təbii ki, komandalar “Qarabağ”ı təkcə pula görə təbrik etmir. Bu yanaşmada həmrəyliyin olduğuna şübhə etmirik. Amma rəqabət düşüncəsiylə yanaşan klubları da qınamaq olmaz.
Bəs “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bununla bağlı nə düşünür?
Q.Qurbanovun mia.az-ın əməkdaşının sualına cavabına görə, o, bu hadisəyə o qədər də fikir verməyib:
- Pley-off mərhələsinə çıxanda Premyer liqada bəzi klublar sizi təbrik etmədi. Bu sizi üzmədi ki?
- Yox, inanın ki, mən heç bununla maraqlanmadım. Dünya praktikasında da belə şeylər baş verir. Bəzən klublar bir-birini təbrik etmir. Büdcəyə də çox sevindim, çünki klublarımıza müəyyən vəsait ayrılıb. Onların hamısı bizim dostlarımızdı, necə deyərlər, özümüzünkülərdi. Hər klubun, hər komandanın, hər rəhbərin öz sistemi var və buna uygun davranır. Bu baxımdan neqativ düşüncələrim yoxdu.
- “Liverpul”la oyuna dönmək istəyirəm. Həmin oyunun 63-cü dəqiqəsində sizi böyük kadrda ekranlarda göstərdilər, çox məyus, kədərli görünüşünüz vardı. Məğlubiyyət təbii ki, ağır hissdi. Siz belə məqamlarda komandanızı təsəlli, motivasiya edirsiniz. Bəs sizi kim təsəlli edir?
- Məni elə 90 dəqiqə baxsanız, elə məyus kimi görünürəm həmişə. Həqiqətən, həm özüm, həm klubumuz, həm də Azərbaycan futbolunun inkişafı baxımından yanaşanda, pley-off mərhələsinə çıxmağımız böyük uğurdu. 10 toplamışıq, pley-off-a çıxmışıq, amma hamımız məyuq dönmüşük ölkəyə. İstər-istəməz azarkeşlərin fərqli yanaşması ilə rastlaşırıq. Bir az məğlubiyyətin kədəri, məyusluq, bizə də təsir edir belə məqamlar. Hələ üstəlik, insanıq da, həyatda da bəzi problemlərimiz olur, onun da məyusluğu gəlir üzərinə. O üzdən stadionda oyun zamanı məni məyus görürsünüz. Hərdən emosiyalarım da var, gizlətmirəm. Futbol da elə oyundu ki, gah qəhrəman olursan, gah da tam əksi baş verir. Ümumiyyətlə, hazırda futbol elə bir səviyyəyə çatıb ki, hər oyunda 4-5 qol vurulması adi hala çevrilib. Bu tendensiya dünya futbolunda da yaşanır. Elə özümüzü götürək: keçmişdəki oyunlara baxsaq, görərik ki, Avroliqa oyunlarında nə qədər qol vurmuşuq. Bu onun nəticəsidi ki, futbol kifayət qədər inkişaf edib və böyük hesablar daha tez-tez yaşanır oyunlarda. Əvvəllər böyük hesablı oyunları il ərzində bir dəfə görə bilərdin. Amma indi hər turda bu hesablar qarşıya çıxır. Əlbəttə, mən çox istəyirəm ki, daha az qol buraxaq, böyükhesablı məğlubiyyət olmasın. Amma ustalığı olan və il boyu azarkeş tempi altında oynayan komandalarla oyunların nəticəsi bundan artıq ola bilməz.
Zülfiyyə Mustafayeva
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər